Icma.az
close
up
RU
COP 29un prezidentinə müraciət edildi

COP 29un prezidentinə müraciət edildi

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin ev sahibi olduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan tarixində daha bir şanlı səhifədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ata-baba torpaqlarımız 30 illik işgaldan sonra erməni qəsbkarların əlindən azad edildi. Elə başa düşürəm ki, Qarabag Zəfərindən sonra COP29-un ölkəmizdə keçirilməsi daha bir möhtəşəm qələbədir. Çünki bu böyük dünyəvi tədbirin ölkəmizdə keçirilməsinin qarşısını almaq üçün bütün "demokratik" dövlətlər mane olurdular. Ölkəmizin ədalətli mövqeyi, Möhtərəm Prezidentimizin qüdrətli, siyasi və haqlı revanşları mühüm rol oynadı. Ölkəmiz bir daha təsdiq etdi ki, o yalnız özünü yox, bütün dünyanın taleyini düşünür. Dünya dövlətləri də ölkəmizin məsuliyyətini dərk etdilər və çagırışımıza müsbət cavab verdilər.

Cənab Prezidentimizin COP29-un sessiyasındakı möhtəşəm çıxışı dünyamızın taleyi naminə məsuliyyəti səmimi və cəsarətlə ifadə edir. Cəsarətli çıxışda, haqlı olaraq, müstəmləkə xalqların tarixi aqibəti dünyanın ekoloji vəziyyətilə simmetrik nəzərdən keçirilir. Prezidentimiz bir sıra əsassız ittihamlara dəqiq, əsaslı və hüquqi cavab verir. Bir daha dərindən inandıq ki, dünyanın taleyi siyasi, hüquqi, demokratik və ekoloji tandemlə kompleks həll olunmalıdır. Əks təqdirdə təbii yaşam tarazlıgı pozulur, arzuolunmaz problemlər yaranır.

Azərbaycanın ictimai-siyasi və ekoloji həyatında mühüm hadisə olan bu beynəlxalq tədbirə ən yüksək səviyyədə hazırlıgı sessiyaya qatılan dünya dövlətlərinin liderləri, narahat dünyamızın ekoloji problemlərinin həllində maraqlı olan təşkilatların nümayəndələri, aparıcı media rəhbərləri, jurnalistlər, müstəmləkəçilik zülmündən əziyyət çəkən və ekoloji fəlakətlərlə üzləşən dövlətlərin təmsilçiləri dönə-dönə etiraf etdilər.

Bir yazıçı ekoloq kimi mən də sessiyanın gedişini diqqətlə izləyirəm. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr ölkəmiz haqqında ,onun füsunkar təbiəti,adət-ənənələri,hətta məişət həyat tərzi haqqında xoşməramlı çıxışlarında, müsahibələrində səsləndirdikləri fikirlərlə qürur duyuram. Təbii ki, bu ölkəmizin beynəlxalq nüfuzunun artmasında ,bir sözlə,bu tədbir daha bir müsbət göstəricidir.

Cənab Nazir!

COP 29-un prezidenti kimi sessiyada çıxışınız və aidiyyəti qurumların təmsilçiləri ilə görüşləriniz məndə yüksək təəssürat oyatdı." COP 29-un əks-sədası" adlı ekoloji mövzuda daha bir kitab qələmə almağa məni ruhlandırdı. Sevinirəm ki, "Yaşıl dünya naminə" adlı kitabım Nazirliyimizin fəaliyyətinə məndən də kiçik bir töhfə oldu. Bu mənəvi töhfənin yaranmasında Prezidentimizin 2024 cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ilə bağlı sərəncamı bu kitabın ərsəyə gəlməsində əvəzsiz rol oynadı. Əlbəttə, COP 29 böyük beynəlxalq tədbirdir. Bu tədbirin belə yüksək səviyyədə keçirilməsinə çoxları inanmırdı. Ölkəmiz bu tədbirin öhdəsindən ləyaqətlə gəldi. Bu, dostlarımızı sevindirir, düşmənlərimizi isə təəssüfləndirir. Axı bu tədbir Azərbaycanı öz əsassız uttihamlarına, qarayaxmalarına hədəf seçən dövlətlərə bir mesaj oldu.

Hərtərəfli və dərin çıxışınıza görə bir daha Sizə minnətdarlıgımı bildirirəm. Görüşləriniz bizdə düşündürücü ovqat yaradır. Bu ovqat bizi Sizin rəhbərliyinizlə daha məhsuldar, daha səmərəli işləməyə ruhlandırır. İnanıram ki, bu tədbir bütün dünya ekologiyasına Azərbaycandan dəyərli bir töhfə olacaqdır.

Sizə böyük ehtiram hissi ilə:

Bəxtiyar Hüseynov,
1saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalislər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see610

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see404

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see385

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see361

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see319

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see294

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see279

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see244

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see221

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see214

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see201

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see199

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see195

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see192

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see185

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see184

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see183

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see179

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see171

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri