Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir. Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a bir gün qalır.
Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək.
Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb.
Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub.
Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik. Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək?
Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi?
Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?