Icma.az
close
up
RU
COP günlərində taksilər necə işləyəcək? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

COP günlərində taksilər necə işləyəcək? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a bir gün qalır. Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək. Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb.

Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək? Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi? Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?

Qonaqlar nəqliyyat baxımından əziyyət çəkməyəcəklər

Sabiq millət vəkili Rüfət Quliyevin fikrincə, ölkədəki bütün infrastruktur COP29-a hazırdır: "Həm nəqliyyat, həm ictimai iaşə obyektləri, həm də hotellər bu tədbirə ən yüksək səviyyədə hazırlaşıblar. COP29 üçün Azərbaycan əlavə taksilər də sifariş verib. Həmin taksilər artıq Bakıdadır və fəaliyyətə başlayıblar. Heç bir qonaq nəqliyyat baxımından əziyyət çəkməyəcək. Biz bu beynəlxalq tədbiri ən yüksək səviyyədə həyata keçirəcəyik".

Ekoloji cəhətdən təmiz taksilər iş başında olacaq

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, COP29 iştirakçılarına elektrik mühərrikli "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri xidmət göstərəcək. Digər taksilər də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər: "COP29-da iştirak edəcək qonaqların daşınması üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunacaq. Həmin taksilərə tədbir günlərində avtobus və COP29 zolaqlarına daxil olmağa icazə veriləcək. Bununla yanaşı, vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən də istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Ekspert vurğulayıb ki, ölkədə xeyli sayda "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri var: "Onlar mərhələli şəkildə ölkəyə gətirilib və sayları kifayət qədərdir. Amma bu tədbirdə yalnız taksilərdən istifadə olunmayacaq. Həmçinin xətlərə elektrikli avtobuslar da buraxılacaq. Ümumilikdə isə COP29 üçün nəzərdə tutulan və ya bu tədbir üçün akkreditasiyadan keçən taksilərə hansısa məhdudiyyət tətbiq olunmayacaq".

Qaçaq taksi "xidməti"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, son aylar taksilərin fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur: "Düzdür, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi və sair kimi hallar da müşahidə edilir. Amma ümumilikdə bu sahədə müəyyən irəliləyişlər var. Hətta taksi fəaliyyətinə yeni elektrikli və hibrid avtomobillər də cəlb olunub. Müsbət tendensiyaları nəzərə alaraq deyə bilərik ki, taksilər COP29-a hazırdırlar. COP günlərində həm ölkəyə gələn qonaqlar, həm də sadə vətəndaşlar taksilərin xidmətindən rahat şəkildə istifadə edə biləcəklər. Yetər ki, sifariş verilən ünvanlara fərqli deyil, tətbiqdə qeydiyyatda olan nəqliyyat vasitələri gəlsin. Biz də qonaqların yanında gözükölgəli olmayaq. Güman edirəm ki, qaçaq taksi "xidməti" ilə məşğul olanlar COP ərəfəsində bu riski etməyəcəklər".

"Bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür"

Ekspert onu da vurğulayıb ki, paytaxtdakı bütün taksilərin COP zolağına buraxılması qeyri-mümkündür: "Yollardakı məhdudiyyətlər taksilərin yubanmasına səbəb ola bilər. Amma bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür. Əgər bu addım atılarsa, o zaman hər kəs taksidən istifadə etməyə çalışacaq. Bu, həm sözügedən zolağın, həm də taksilərin yüklənməsinə gətirib çıxara bilər. Ona görə də COP zolağından yalnız bu tədbir üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinin istifadəsi daha məqsədəuyğundur".

Hər bir incəlik nəzərə alınıb

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da bu qənaətdədir ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq taksilər COP29-a hazırdırlar: "İyulun 1-dən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qarşısında müəyyən vəzifələr qoyulub. Yeni tələblərə uyğun gəlməyən taksilər xətdən kənarlaşdırılıb. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahanlara cəlb olunur və bu proses hazırda da davam etdirilir. Müşahidələr göstərir ki, yeni dəyişikliklər taksi sahəsinə müsbət təsir göstərib. Bu sahədəki çatışmazlıqlara, narazılıqlara müəyyən qədər son qoyulub. Gözləntilərimiz ondan ibarətdir ki, taksilərlə bağlı hansısa problem yaşanmayacaq. Çünki bu, Azərbaycanın keçirdiyi ilk böyük beynəlxalq tədbir deyil. Bundan öncə ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsindən tutmuş "Formula 1" və İslam Həmrəyliyi Oyunlarına qədər bir neçə beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi edib. COP-la bağlı da təşkilatçılar hər bir incəliyi nəzərə alıblar. Bu baxımdan konfransın keçirildiyi günlərdə yollardakı məhdudiyyətlərə baxmayaraq həm şəhərimizin qonaqları, həm də sadə insanlar taksi xidmətindən də rahat şəkildə istifadə edəcəklər".

Ekspert bildirib ki, hazırda yeni qaydalara uyğun gələn taksilərin sayı əhalinin 22 faizinin tələbatını ödəyir: "Son statistikaya görə, taksi fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin sayı təxminən 24 mindir. Amma bu statistika mütəmadi olaraq yenilənir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see120

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri