Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 noyabr, AZƏRTAC COP29 çərçivəsində konfransın yekunlarına dair qəbul olunmuş sənədlər və qərarlar çox vacib əhəmiyyətə malikdir.
Bu əhəmiyyət nəinki iqlim gündəliyi nöqteyi-nəzərdən, eyni zamanda, siyasi baxımdan özünü göstərir.
Çünki indi bir çox siyasi məsələləri məhz iqlim gündəliyi müəyyənləşdirir, dünyada gedən siyasi proseslərə, həmçinin bəşəriyyətin gələcək inkişafına əsaslı dərəcədə təsir göstərir.
Əvvəlkilərdən sessiyalardan fərqli olaraq, Azərbaycanda keçirilən iqlim sammiti çərçivəsində maliyyə məqsədi istiqamətində əldə olunmuş razılıqlar ondan xəbər verir ki, dünya bu iqlim gündəliyinin reallaşdırılması üçün yeni mərhələyə qədəm qoyur və Bakı iqlim məqsədi bu istiqamətdə qlobal iqlim siyasətinə öz töhfəsini verir, yeni prioritetlər formalaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib.“Biz bilirik ki, 2015-ci ildə Parisdə keçirilən beynəlxalq iqlim sammiti çərçivəsində vacib sənəd qəbul olunmuşdu.
Amma həmin sənəd müxtəlif səbəblərdən uzun zaman idi yerinə yetirilmirdi.
Çünki inkişaf etmiş ölkələr öz vəzifələrindən – bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır, həmin sənəddə göstərilən maliyyənin miqdarını azaltmaq istəyirdilər.