Icma.az
close
up
RU
COP29 dünya tarixində çox xüsusi, dərin iz buraxdı RƏY AZƏRTAC

COP29 dünya tarixində çox xüsusi, dərin iz buraxdı RƏY AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

COP29 çərçivəsində konfransın yekunlarına dair qəbul olunmuş sənədlər və qərarlar çox vacib əhəmiyyətə malikdir. Bu əhəmiyyət nəinki iqlim gündəliyi nöqteyi-nəzərdən, eyni zamanda, siyasi baxımdan özünü göstərir. Çünki indi bir çox siyasi məsələləri məhz iqlim gündəliyi müəyyənləşdirir, dünyada gedən siyasi proseslərə, həmçinin bəşəriyyətin gələcək inkişafına əsaslı dərəcədə təsir göstərir. Əvvəlkilərdən sessiyalardan fərqli olaraq, Azərbaycanda keçirilən iqlim sammiti çərçivəsində maliyyə məqsədi istiqamətində əldə olunmuş razılıqlar ondan xəbər verir ki, dünya bu iqlim gündəliyinin reallaşdırılması üçün yeni mərhələyə qədəm qoyur və Bakı iqlim məqsədi bu istiqamətdə qlobal iqlim siyasətinə öz töhfəsini verir, yeni prioritetlər formalaşdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib.

“Biz bilirik ki, 2015-ci ildə Parisdə keçirilən beynəlxalq iqlim sammiti çərçivəsində vacib sənəd qəbul olunmuşdu. Amma həmin sənəd müxtəlif səbəblərdən uzun zaman idi yerinə yetirilmirdi. Çünki inkişaf etmiş ölkələr öz vəzifələrindən – bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır, həmin sənəddə göstərilən maliyyənin miqdarını azaltmaq istəyirdilər. Bu da inkişaf etməkdə olan ölkələrin qəzəbinə və narahatlığına səbəb olurdu. Bu, çox gözlənilən vəziyyət idi. Çünki məhz bu ölkələr, yəni, daha çox inkişaf etməkdə olan ölkələr böyük ölkələrin siyasətindən, o cümlədən iqlimə mənfi təsir göstərən fəaliyyətindən əziyyət çəkirdi. Onlar da əlbəttə ki, hüquqlarının pozulmasını istəmirdilər”,- deyə politoloq əlavə edib

Bundan başqa, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin COP29 çərçivəsində məhz Azərbaycanın təkidi ilə 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin edən qərarın qəbul olunduğunu vurğulayan İ.Vəlizadə birbaşa dövlət maliyyələşməsindən kənar fondların vasitəsilə ümumilikdə təqribən 1,3 trilyon dollar həcmində maliyyənin gələcəkdə həmin fonda köçürülməsinin inkişaf etməkdə olan ölkələrin iqlim problemlərinin həllinə daha çox yardım göstərəcəyini bildirib.

“Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, bu qərarın qəbulu çox çətin maneələrlə üzləşmişdi. Çünki yanaşmalar başqa idi, müxtəlif ölkələr ayrı-ayrılıqda öz fərqli təkliflərini irəli sürürdü, bəzən bu təkliflər arasında bir-birinə zidd olanlar da olurdu və s. Beləliklə, bütün bu ölkələri eyni məqsədə çatmaq uğrunda gedən yolda konsensusa gətirmək, fikirlərini bir araya toplamaq, onlar arasında müəyyən razılıqlar əldə etmək işini təşkili müşkül məsələyə çevrilmişdi. Amma Azərbaycan dövləti bu məsuliyyətli məsələdə üzərinə düşən mühüm vəzifəni məharətlə, qətiyyətlə yerinə yetirə bildi. Əlbəttə ki, belə ağır vəziyyətdə - fikir ayrılıqlarının gərginləşməsi və dərinləşməsi fonunda ölkəmizin qətiyyət nümayiş etdirməsi misli görünməmiş dərəcədə önəmlidir. Həqiqətən də Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans dünya tarixində çox xüsusi, dərin iz buraxdı. Bunu hər kəs, hətta anti-Azərbaycan qüvvələr də başa düşür və etiraf edirlər”, - deyə politoloq diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri