Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb.
Moderator.az xəbər verir ki, COP29 Könüllülük Proqramı çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurublar.
Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatılıb.
Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanış etmək və konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub.
COP29 Könüllülük Proqramı bu ilin may ayında elan edilib. Proqrama qoşulmaq üçün müraciət edən 16000 nəfərdən çox namizəd bir neçə mərhələdə
COP29-a hazırlıq mərhələsində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məq
Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 konfransının həm yerli, həm də qlobal əhəmiyyətindən