Icma.az
close
up
RU
COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatdı VİDEO

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatdı VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb.

Moderator.az xəbər verir ki, COP29 Könüllülük Proqramı çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurublar. Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatılıb. Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanış etmək və konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub.

COP29 Könüllülük Proqramı bu ilin may ayında elan edilib. Proqrama qoşulmaq üçün müraciət edən 16000 nəfərdən çox namizəd bir neçə mərhələdən ibarət olan seçim prosesindən keçib və nəticədə 3000 nəfər müraciətçi COP29 könüllüsü olaraq seçilib. COP29-a hazırlıq mərhələsində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə ötən aylar ərzində müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər keçirilib.

Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 konfransının həm yerli, həm də qlobal əhəmiyyətindən danışaraq, bu prosesdə gənclərin, COP29 könüllülərinin vacib rolunu vurğulayıb. O, könüllülərin üzərinə düşən vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova çıxışında COP29 Könüllülük Proqramının konfransa hazırlıq prosesinin vacib istiqamətlərindən olduğunu qeyd edərək ötən aylar ərzində COP29 könülləri üçün təşkil edilən təlimlərdən bəhs edib. O, vurğulayıb ki, COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.

Tədbirə onlayn bağlantı vasitəsilə qoşulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 könüllülərini sözügedən qlobal əhəmiyyətli tədbirdə iştirak etmək şansını qazandıqları münasibətilə təbrik edib, bu məsuliyyətli prosesin bir hissəsi olduqlarına görə təşəkkür edib və onlara uğurlar arzu edib. Tədbirin davamında BMT-nin Baş katibi Antonio Quterreşin COP29 könüllülərinə videomüraciəti də təqdim olunub.

Tədbirin sonunda COP29 könüllülərinin qarşısında həmçinin çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir Azərbaycanın bu konfransa ev sahibliyi etməsinə hazırlıqların və təşkilatçılığın yüksək səviyyədə icra edildiyinə xüsusilə diqqət çəkib və COP29 könüllülərinin konfransın səmərəli təşkilinə öz töhfələrini verəcəyinə inandığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri