COP29 QHT Koalisiyası fəaliyyətini yeni formada davam etdirəcək | Icma.az
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aprelin 15-də 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Qlobal Cənub QHT Platformasının təsisatlandırılması” mövzusunda hibrid görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycanın COP29-a uğurla sədrliyinin mühüm COP mirası yaratdığı, 2024-cü ilin noyabrında COP29 zamanı “Bakı dönüşü”nün əldə edilməsinin tarixi hadisə olması xüsusi qeyd edilib.
O da xatırladılıb ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə də Azərbaycan mühüm qlobal təşəbbüslərə imza atıb, vaksin millətçiliyinə qarşı çıxıb.
COP29 QHT Koalisiyasına üzv QHT-lər 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransının mühüm nəticələri olduğunu qeyd ediblər.
Həmin konfransın yekunu olaraq, dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının - 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəalın birgə bəyanatı ilə Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı elan olunub.
Filippinin “Earthsavers Dreams Ensemble” təşkilatının rəhbəri Sesil Qvidot-Alvares (Cecile Guidote-Alvarez), Nigeriyanın “Afrihealth Optonet Association” (AHOA) təşkilatının rəhbəri Uzodinma Adiredje (Uzodinma Adireje), Pakistanın iqlim fəalları - iqlim səfirləri Adnan Ullah (Adnan Ullah), Kayser Navab (Qaiser Nawab), PACJA – Pan-Afrika İqlim Ədaləti Alyansının İctimai vəkillik və kommunikasiya departamentinin rəhbəri Filipp Kilonzo (Philip Kilonzo) və digər xarici QHT təmsilçiləri COP29 QHT Koalisiyasının ümumi rəyi kimi Azərbaycanın Qlobal Cənub QHT Platformasına evsahibliyi etməsini təklif ediblər, onlar Azərbaycan Milli QHT Forumundan Qlobal Cənub QHT P sürətləndirilməsini xahiş ediblər.
Müzakirələrin yekununda qərara gəlinib ki, COP29latformasının təsis konfransı üçün işlərin QHT Koalisiyası üzvlərinin 84%-i ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil etdiyindən bu şəbəkə artıq yeni müstəviyə çıxmalıdır.
Tam oxu
Xəbəri oxu