Icma.az
close
up
RU
COP29 QHT Koalisiyası fəaliyyətini yeni formada davam etdirəcək

COP29 QHT Koalisiyası fəaliyyətini yeni formada davam etdirəcək

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Aprelin 15-də 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Qlobal Cənub QHT Platformasının təsisatlandırılması” mövzusunda hibrid görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycanın COP29-a uğurla sədrliyinin mühüm COP mirası yaratdığı, 2024-cü ilin noyabrında COP29 zamanı “Bakı dönüşü”nün əldə edilməsinin tarixi hadisə olması xüsusi qeyd edilib. O da xatırladılıb ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə də Azərbaycan mühüm qlobal təşəbbüslərə imza atıb, vaksin millətçiliyinə qarşı çıxıb.
COP29 QHT Koalisiyasına üzv QHT-lər 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransının mühüm nəticələri olduğunu qeyd ediblər. Həmin konfransın yekunu olaraq, dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının - 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəalın birgə bəyanatı ilə Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı elan olunub.
Filippinin “Earthsavers Dreams Ensemble” təşkilatının rəhbəri Sesil Qvidot-Alvares (Cecile Guidote-Alvarez), Nigeriyanın “Afrihealth Optonet Association” (AHOA) təşkilatının rəhbəri Uzodinma Adiredje (Uzodinma Adireje), Pakistanın iqlim fəalları - iqlim səfirləri Adnan Ullah (Adnan Ullah), Kayser Navab (Qaiser Nawab), PACJA – Pan-Afrika İqlim Ədaləti Alyansının İctimai vəkillik və kommunikasiya departamentinin rəhbəri Filipp Kilonzo (Philip Kilonzo) və digər xarici QHT təmsilçiləri COP29 QHT Koalisiyasının ümumi rəyi kimi Azərbaycanın Qlobal Cənub QHT Platformasına evsahibliyi etməsini təklif ediblər, onlar Azərbaycan Milli QHT Forumundan Qlobal Cənub QHT P sürətləndirilməsini xahiş ediblər.
Müzakirələrin yekununda qərara gəlinib ki, COP29latformasının təsis konfransı üçün işlərin QHT Koalisiyası üzvlərinin 84%-i ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil etdiyindən bu şəbəkə artıq yeni müstəviyə çıxmalıdır. Azərbaycanın qlobal təşəbbüslərinin davam etdirilməsinə böyük ehtiyac olması, həmçinin COP29-a sədrliyinin başa çatmasına az qaldığı nəzərə alınmaqla, COP29 QHT Koalisiyasının Qlobal Cənub QHT Platformasına tranformasiya edilməsi barədə ümumi razılığa gəlinib.
Toplantıda Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumuna Qlobal Cənub QHT Platformasının təsisatlandırılması işində ardıcıl səylərinə və prosesdə gərgin fəaliyyətinə görə minnətdarlıq edilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli məlumat verib ki, COP29 QHT Koalisiyası ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırdıqdan sonra prosesə başlanılıb və 2025-ci il aprelin 28-29-da Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi üçün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. O, müzakirələrin Bakıda davam etdirilməsini səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, aprelin 28-29-da COP29 dövründə başlanmış prosesin məntiqi nəticəsi olaraq, Qlobal Cənubun aparıcı QHT-ləri Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı üçün Bakıya toplaşacaq. 2 gün davam edəcək mötəbər tədbirdə yeni və ədalətli dünya nizamı üçün Qlobal Cənub QHT-ləri birgə müzakirələr aparacaq, üzləşdikləri çətinlikləri və çağırışları dilə gətirəcək, mühüm mesajlar verəcəklər.
Beləliklə, Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında daha bir vasitəçi, körpü rolunu oynayacaq.
Bu tədbir Azərbaycan vətəndaş cəmiyyətinin həyatında da əlamətdar hadisə olacaq. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni təmaslar quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri