COP29 qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu Ş…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 25 noyabr, AZƏRTAC Respublikamızın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini uğurla başa çatdırdı.
Bu mötəbər tədbir bir daha dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəltdi.
Eyni zamanda, COP29 ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yaz deyib.
O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətin nəticəsi və respublikamızın dünyadakı yüksək nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyev noyabrın 11-də COP29-un açılış mərasimində qeyd etdi ki, bu tədbirin Azərbaycanda keçirilməsi respublikamıza olan ehtiramın və hörmətin əlamətidir: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi.
Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.Məlum olduğu kimi, Azərbaycanın bu cür tədbirlər keçirmək üzrə böyük təcrübəsi var.
Tam oxu
Xəbəri oxu