Icma.az
close
up
RU
COP29 qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu ŞƏRH AZƏRTAC

COP29 qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu ŞƏRH AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 noyabr, AZƏRTAC

Respublikamızın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini uğurla başa çatdırdı. Bu mötəbər tədbir bir daha dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəltdi. Eyni zamanda, COP29 ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yaz deyib.

O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətin nəticəsi və respublikamızın dünyadakı yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev noyabrın 11-də COP29-un açılış mərasimində qeyd etdi ki, bu tədbirin Azərbaycanda keçirilməsi respublikamıza olan ehtiramın və hörmətin əlamətidir: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.

Məlum olduğu kimi, Azərbaycanın bu cür tədbirlər keçirmək üzrə böyük təcrübəsi var. İndiyə kimi Bakıda “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər keçirilib. COP29-un Bakıda təşkil olunması ilə bağlı qərar veriləndə Azərbaycanın məhz bu cür kütləvi tədbirlərin keçirilməklə bağlı təcrübəsi və respublikamızda siyasi-ictimai sabitlik kimi məsələlər nəzərə alınmışdı.

O bildirib ki, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə sahəsində atdığı addımlar, yaşıl enerjiyə sürətli keçidi də bu qərarın qəbulunda mühüm rol oynayıb. Respublikamızda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Günəş Elektrik Stansiyasının tikintisi, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti tərəfindən hazırda Xızıda Külək Elektrik Stansiyasının inşasının davam etdirilməsi göstərir ki, ölkəmiz yaşıl enerjiyə uğurla keçid edir.

“Noyabrın 11-də başlayan COP29 ən yüksək səviyyədə keçirildi. Tədbirə gələn bütün qonaqlar 12 gün ərzində nümunəvi təşkilatçılığa şahidlik etdilər. Ölkəmizə 200-ə yaxın ölkədən təşrif buyuran xarici qonaqlar həm təşkilatçılığın olduqca yüksək səviyyədə olduğunu, həm onların mehribanlıqla qarşılandıqlarını, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdilər. Onlar həm də Bakının gözəlliyinə heyran olduqlarını bildirdilər. Beləliklə, COP29-un timsalında Azərbaycanın nümunəvi təşkilatçılığı və Bakının beynəlxalq tədbirlərin ən ideal ünvanlarından biri olduğu bir daha öz təsdiqini tapdı. COP29-un yüksək səviyyədə keçirilməsində bir çox amillər mühüm rol oynadı. Bunların sırasında könüllülərin fəaliyyətini xüsusi vurğulamaq istərdim. Məlumdur ki, Azərbaycan könüllülük hərəkatının inkişaf etdiyi dövlətlər sırasında yer alır. Bütün əvvəlki tədbirlərdə olduğu kimi, COP29-da da könüllülər möhtəşəm fəaliyyət ortaya qoydular. Onlar tədbirə gələn qonaqların qarşılanmasında və istiqamətləndirilməsində böyük rol oynadılar. Təsadüfi deyil ki, könüllülərin fəaliyyəti xarici qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı. Onlar açıqlamalarında könüllülərin əməyini də yüksək qiymətləndirdilər”, - deyə G.Yaz diqqətə çatdırıb.

O, COP29 müzakirələrinin bütün dünyada geniş işıqlandırıldığını deyib: “Bunun da əsas səbəblərindən biri media mənsublarının fəaliyyətləri üçün lazımi şəraitin yaradılması idi. Dünyanın ən tanınmış və populyar kütləvi informasiya vasitələrində COP29-a həsr olunmuş reportajlar verildi, məqalələr dərc olundu. Bütün bunlar həm də COP29 timsalında Azərbaycanın ən gözəl tanıtımı idi”.

Günel Yazın sözlərinə görə, bütün dünyada narahatlıq doğuran iqlim dəyişiklikləri böyük ekoloji təhdidlər yaratmaqdadır. Bəşəriyyət artıq bir neçə onilliklərdir ki, bu təhdidlərin olduqca ağır nəticələri ilə üz-üzədir. Lakin məmnunluqla qeyd etməliyik ki, Azərbaycan bu problemə qarşı mübarizəyə mühüm töhfələr verən, yaşıl enerji ilə bağlı nümunələr yaradan dövlətlər sırasında yer alır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində keçirilən “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfransda qeyd etdiyi kimi, biz havaya atılan tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilən panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi.

“COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Eyni zamanda, bütün dünya respublikamızın nailiyyətləri ilə daha yaxından tanış oldu”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri