COP29a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb | Icma.az
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. Bakıda COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisinin açıl
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilib.
“Biz COP29-a həsr olunan sərgi keçirmək ideyasını müzakirə edəndə belə bir sual yarandı: özünəməxsusluğu ilə seçiləcək sərgini necə təşkil etmək olar?
Avqustun sonu - sentyabrın əvvəlində ilk dəfə olaraq Azərbaycanın abstrakt incəsənətinə həsr olunmuş böyük sərgi keçirildi.
Rəhbərlikdə bu xətti davam etdirmək fikri yarandı, çünki ekoloji problemi abstrakt, şərti incəsənət vasitəsilə çatdırmaq maraqlı addımdır.
Ekologiya təkcə təbiətlə deyil, həm də insanın daxili dünyası, onun ruhu ilə bağlıdır.
Burada sual yaranır: ətraf aləmdə gördüklərimiz - ağaclar, çaylar, mənzərələr real formalarda təsvir edilə bilər.
Bəs qəlbimizdə baş verənləri, ruh halımızı və təbiətə görə narahatlığımızı necə ifadə edə bilərik?
Tam oxu
Xəbəri oxu