Icma.az
close
up
RU
COP29a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb

COP29a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Bakıda COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilib.

“Biz COP29-a həsr olunan sərgi keçirmək ideyasını müzakirə edəndə belə bir sual yarandı: özünəməxsusluğu ilə seçiləcək sərgini necə təşkil etmək olar? Avqustun sonu - sentyabrın əvvəlində ilk dəfə olaraq Azərbaycanın abstrakt incəsənətinə həsr olunmuş böyük sərgi keçirildi. Rəhbərlikdə bu xətti davam etdirmək fikri yarandı, çünki ekoloji problemi abstrakt, şərti incəsənət vasitəsilə çatdırmaq maraqlı addımdır. Ekologiya təkcə təbiətlə deyil, həm də insanın daxili dünyası, onun ruhu ilə bağlıdır.

Burada sual yaranır: ətraf aləmdə gördüklərimiz - ağaclar, çaylar, mənzərələr real formalarda təsvir edilə bilər. Bəs qəlbimizdə baş verənləri, ruh halımızı və təbiətə görə narahatlığımızı necə ifadə edə bilərik? Bu baxımdan abstrakt üslub ən məhsuldardır. Bu o demək deyil ki, belə mövzuları yalnız abstrakt sənət ifadə edə bilər, lakin bu, maraqlı istiqamətlərdən biridir və Azərbaycan rəssamlarında bu üslubda zəngin təcrübə və müxtəliflilik var. Emalatxanalara baş çəkərək, biz bu sərgidə istifadə oluna biləcək çoxlu əsərlər kəşf etdik”, - deyə sərginin kuratoru Elçin Şamilli AZƏRTAC -ın müxbirinə müsahibəsində bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, bu sərgi artıq ikinci dəfədir keçirilir. “İlk dəfə Muzey Mərkəzində keçirilib. Burada Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərləri təqdim olunur. Hesab edirəm ki, COP29 çərçivəsində gələcəkdə də oxşar sərgilər, konsertlər və digər tədbirlər təşkil olunacaq. Bizi daha çox sayda maraqlı tədbirlər gözləyir”, - deyə nazir müavini vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Səlhab Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışlarında qeyd ediblər ki, bu sərgi insan və təbiətin qarşılıqlı əlaqələri haqqında dərin düşüncələrin bir-birinə qarışdığı sənət dünyasına qərq olmaq üçün unikal imkan yaradır. Onlar vurğulayıblar ki, rəssamlar ziyarətçiləri ətrafdakı reallığa fərqli nəzər salmağa vadar edəcək unikal əsərlər yaradıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Təqdim olunan sərgi Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü sayəsində həm bütün cəmiyyətin, həm də fərdin həyatının ifadə edilməsi ilə bağlı yeni sınaqlar, yeniliklər və axtarış dalğası yaradır. Abstrakt üslub məna və formaları çatdırmaq üçün universal metoda malikdir, bu da COP formatına uyğun gəlir. Bu sərgi Azərbaycan Rəssamlar İttifaqının təsviri incəsənətin beynəlxalq formatda inkişafı üzrə öz proqramını və strategiyasını əks etdirən Azərbaycan mədəniyyətinin gələcək bədii fəaliyyəti silsiləsinin mühüm tərkib hissəsidir.

Sərgi noyabrın 23-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri