COP29da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müz…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC COP29 iqlim konfransında “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” adlı yan tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) ilə birgə təşkil etdiyi tədbir Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunub.CGIAR-ın icraçı direktoru İsmahane Elouafi çıxışında bildirib ki, bu gün dünyamız iki qeyri-adi çağırışla üz-üzədir və dünyanın ən təcili iki problemi olan iqlim dəyişikliyi və qida təhlükəsizliyi bir-biri ilə sıx əlaqəlidir.
İstixana qazlarının təxminən üçdəbiri kənd təsərrüfatı, meşəçilik və torpaq istifadəsindən yaranır, bu göstərici aşağı və orta gəlirli ölkələrdə təxminən 70 faizə çatır.
Dünyanın ərzaq ehtiyatının üçdəbirini təmin edən və dünya təsərrüfatlarının 83 faizini təşkil edən 500 milyon kiçik təsərrüfatçının bir çoxu iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkən bölgələrdə yaşayır, bu da hər gün onların həyatını və dolanışığını təhlükə altına qoyur.
Məruzəçi, həmçinin təmsil etdiyi qurumun dünyanın müxtəlif regionlarında həyata keçirdiyi elmi tədqiqat, tətbiqi təşəbbüslər və innovativ yanaşmalar barədə məlumat verib.
Qeyd edilib ki, tətbiqi innovasiyalar metan emissiyalarını 30 faiz azalda bilər, heyvandarlıq istehsalında istixana qazlarının azaldılması üçün yol xəritəsi təqdim edə və daha geniş tətbiq və siyasət inteqrasiyası üçün əsas yarada bilər.Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova çıxışında bildirib ki, iqlimdə kəskin dəyişikliklər, temperaturun artması, çox isti günlərin sayının artması, çaylarda su səviyyəsinin azalması, quraqlıq, şoranlaşma, iqlimlə əlaqəli biotik stressin intensivləşməsi kimi problemlər mövcuddur.
Quraqlıq, torpaq deqradasiyası və səhralaşma Azərbaycanda da ciddi məsələlərdən biridir.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi institutları da qida və ekoloji balansın təmin edilməsi, müasir yanaşmaların kənd təsərrüfatında tətbiqinə töhfə verməyi diqqət mərkəzində saxlayır.
Tam oxu
Xəbəri oxu