Icma.az
close
up
RU
COP29da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müzakirə edilib VİDEO AZƏRTAC

COP29da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müzakirə edilib VİDEO AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 iqlim konfransında “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” adlı yan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) ilə birgə təşkil etdiyi tədbir Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunub.

CGIAR-ın icraçı direktoru İsmahane Elouafi çıxışında bildirib ki, bu gün dünyamız iki qeyri-adi çağırışla üz-üzədir və dünyanın ən təcili iki problemi olan iqlim dəyişikliyi və qida təhlükəsizliyi bir-biri ilə sıx əlaqəlidir. İstixana qazlarının təxminən üçdəbiri kənd təsərrüfatı, meşəçilik və torpaq istifadəsindən yaranır, bu göstərici aşağı və orta gəlirli ölkələrdə təxminən 70 faizə çatır. Dünyanın ərzaq ehtiyatının üçdəbirini təmin edən və dünya təsərrüfatlarının 83 faizini təşkil edən 500 milyon kiçik təsərrüfatçının bir çoxu iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkən bölgələrdə yaşayır, bu da hər gün onların həyatını və dolanışığını təhlükə altına qoyur.

Məruzəçi, həmçinin təmsil etdiyi qurumun dünyanın müxtəlif regionlarında həyata keçirdiyi elmi tədqiqat, tətbiqi təşəbbüslər və innovativ yanaşmalar barədə məlumat verib. Qeyd edilib ki, tətbiqi innovasiyalar metan emissiyalarını 30 faiz azalda bilər, heyvandarlıq istehsalında istixana qazlarının azaldılması üçün yol xəritəsi təqdim edə və daha geniş tətbiq və siyasət inteqrasiyası üçün əsas yarada bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova çıxışında bildirib ki, iqlimdə kəskin dəyişikliklər, temperaturun artması, çox isti günlərin sayının artması, çaylarda su səviyyəsinin azalması, quraqlıq, şoranlaşma, iqlimlə əlaqəli biotik stressin intensivləşməsi kimi problemlər mövcuddur. Quraqlıq, torpaq deqradasiyası və səhralaşma Azərbaycanda da ciddi məsələlərdən biridir.

Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi institutları da qida və ekoloji balansın təmin edilməsi, müasir yanaşmaların kənd təsərrüfatında tətbiqinə töhfə verməyi diqqət mərkəzində saxlayır. Bu xüsusda elmi və innovativ yanaşmalar vasitəsilə biomüxtəlifliyin, torpaq və su resurslarının bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatlar, həmçinin elektron məlumat bazası xəritələrinin yaradılması sahəsində görülən işlərdən bəhs edilib, həmçinin avtomatlaşmadan süni intellektə kimi innovativ yeniliklərin kənd təsərrüfatında tətbiqinə toxunulub.

Akademik İ. Hüseynova bildirib ki, beynəlxalq mərkəzlər, elmi-tədqiqat institutları, o cümlədən CGIAR ilə qurulan əlaqələr Azərbaycanda aqrar-ərzaq sistemlərinin tədqiqatlarına böyük təkan verib və bu sahədə daha çox irəliləyiş üçün zəmin yaradıb.

Braziliya Aqrar Tədqiqatlar Cəmiyyətinin prezidenti Silvia Massruha elmi və innovativ yanaşmaların tətbiqində ölkəsinin təcrübəsi barədə danışıb, bitkiçilik, heyvandarlıq və meşəçiliyin inteqrasiyasını əhatə edən dayanıqlı istehsal sistemlərinin inkişafından bəhs edib. Qeyd edilib ki, Braziliya qida təhlükəsizliyi, qidalanma, ekosistem xidmətləri və iqlim dəyişikliyi sahələrində problemlərlə üzləşir və fermerlərin 77 faizi kiçik və ya orta sahibkarlıq subyektləridir. 1996-cı ildən bəri tətbiq olunan dövlət siyasətləri iqlim risklərini azaltmağa və bioiqtisadiyyatı təşviq etməyə, eləcə də iqlimə uyğunlaşma və onun təsirinin azaldılması, rəqəmsallaşma və avtomatlaşdırma, yeni texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının məhsuldarlığını və dayanıqlılığını artırmağa xidmət edir.

Yaponiya kənd təsərrüfatı, meşəçilik və balıqçılıq nazirinin müavini Kubota Osamu ölkəsinin elm və innovasiya vasitəsilə aşağı emissiyalı və davamlı qida sistemləri qurmaq üçün fəal tədbirlər gördüyünü diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci ildə Yaponiyada dayanıqlı qida sistemlərinin yaradılmasına yönəlmiş “Yaşıl Orta Şərq Strategiyası” qəbul edilib və bu strategiyada xüsusilə innovasiyanın sürətləndirilməsinə, həm məhsuldarlığı, həm də dayanıqlılığı artırmağa qadir olan iqlimə uyğun kənd təsərrüfatı texnologiyalarına diqqət yetirilir.

Digər çıxışlarda elmi və innovativ yanaşmaların ərzaq sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa sadiq qalmağın, bilik paylaşmağa və iqlimə uyğun ağıllı qida sistemlərini təmin edəcək sərmayələri dəstəkləməyin vacibliyi vurğulanıb. Qeyd edilib ki, kollektiv fəaliyyətin, elmi innovasiyaların və strateji əməkdaşlığın aqrar və ərzaq sistemlərinin gələcəyini təmin etmək üçün həll yolları araması vacibdir. Çünki qida istehsalı, emalı, nəqli, ticarəti, saxlanması və istehlakı iqlim dəyişikliyinə qarşı mübarizədə göstərilən səylərin mərkəzində olmalıdır. Bu sahələrdə əhəmiyyətli transformasiya olmadan, dünya nə iqlim, nə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilməz, çünki kənd təsərrüfatı həm emissiyaların azaldılmasında, həm də dekarbonizasiyada mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see262

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see175

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see119

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see116

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri