COP29da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. 11 noyabr tarixindən etibarən Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində COP29 Azə
Bu barədə SİA-ya Azerxalça ilə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat daxil olub.
COP29 konfrans məkanı Bakı Stadionunun həm Mavi həm də Yaşıl zonalarında təqdim edilən bu xalçalar ölkəmizin zəngin mədəni irsinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində göstərilən səylərin vəhdətini ifadə edir.
Konfransın ideya və çağırışlarına uyğun olaraq tamamilə “yaşıl” və ekoloji cəhətdən zərərsiz boya və təbii yundan hazırlanmış xalçaların hər biri “Azərxalça” ASC-nin Şabran emalatxanasında azərbaycanlı toxucu xanımlar tərəfindən yaradılan əl işidir.
Layihə ölkənin ucqar bölgələrindən olan qadın sənətkarlarına iqtisadi dəstəyin təmin edilməsi ilə yanaşı iqlim dəyişmələri ilə bağlı onların hekayələrini sənətkarlıq vasitəsilə paylaşmağa platforma yaradıb.
Bu sənət əsərlərindən biri, “Toxunulmuş zolaqlar” adlanan əsər Professor Ed Houkins-in (Ridinq Universiteti) "Öz zolaqlarını göstər" layihəsindən ilhamlanaraq yaradılıb və 1850-2022-ci illər ərzində orta illik temperaturun kəskin dəyişmələrinin zolaqlar vasitəsilə vizual əks etdirib.
Xalçanın təsvirində yer alan Azərbaycan silueti və Bakının simvolik göydələnləri paytaxtın COP29-a ev sahibiliyinin rəmzi interpretasiyasıdır.
Xalça dizaynı təxirəsalınmaz fəaliyyət tələb edən qlobal temperatur artımının Azərbaycanın memarlıq möhtəşəmliyi ilə birləşdirilərəkinsanları iqlim dəyişmələrinin davamlı təsirləri barədə düşündürməyə xidmət edir.
Tam oxu
Xəbəri oxu