Icma.az
close
up
RU
COP29da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları

COP29da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

11 noyabr tarixindən etibarən Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn, dayanıqlı material və boyalardan istifadə etməklə qlobal iqlim çağırışları mövzusunda hazırlanan xalçaların ekspozisiyası tədbir iştirakçılarına təqdim olunub. Bu barədə SİA-ya Azerxalça ilə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat daxil olub.

COP29 konfrans məkanı Bakı Stadionunun həm Mavi həm də Yaşıl zonalarında təqdim edilən bu xalçalar ölkəmizin zəngin mədəni irsinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində göstərilən səylərin vəhdətini ifadə edir. Konfransın ideya və çağırışlarına uyğun olaraq tamamilə “yaşıl” və ekoloji cəhətdən zərərsiz boya və təbii yundan hazırlanmış xalçaların hər biri “Azərxalça” ASC-nin Şabran emalatxanasında azərbaycanlı toxucu xanımlar tərəfindən yaradılan əl işidir. Layihə ölkənin ucqar bölgələrindən olan qadın sənətkarlarına iqtisadi dəstəyin təmin edilməsi ilə yanaşı iqlim dəyişmələri ilə bağlı onların hekayələrini sənətkarlıq vasitəsilə paylaşmağa platforma yaradıb.

Bu sənət əsərlərindən biri, “Toxunulmuş zolaqlar” adlanan əsər Professor Ed Houkins-in (Ridinq Universiteti) "Öz zolaqlarını göstər" layihəsindən ilhamlanaraq yaradılıb və 1850-2022-ci illər ərzində orta illik temperaturun kəskin dəyişmələrinin zolaqlar vasitəsilə vizual əks etdirib. Xalçanın təsvirində yer alan Azərbaycan silueti və Bakının simvolik göydələnləri paytaxtın COP29-a ev sahibiliyinin rəmzi interpretasiyasıdır. Xalça dizaynı təxirəsalınmaz fəaliyyət tələb edən qlobal temperatur artımının Azərbaycanın memarlıq möhtəşəmliyi ilə birləşdirilərəkinsanları iqlim dəyişmələrinin davamlı təsirləri barədə düşündürməyə xidmət edir.

Digər əsər, “Sahildən ilməyə” adlanır və 2024-cü ilin Azərbaycanda "Yaşıl Dünya naminə Həmrəylik İli" elan edilməsinin bədii ifadəsidir. Sudan sahilədək tullantıların səyahətini təsvir edən xalça iki səhnəni ustalıqla qarşılaşdırır: bir tərəfi sakit, təmiz dəniz mənzərəsini, digər tərəfi isə çirklənmənin dağıdıcı təsirini – sahillərdən toplanan tullantıların xalçanın ilmələrinə toxunması vasitəsilə təsvir edir. Xalçanın vizual həlli insan fəaliyyətinin təbiətəvurduğu zərəri vurğulamaqla ekoloji aktivizmin harmonik qarışığını simvollaşdırır. Sənət əsərləri incəsənət və ekoloji təbliğatı birləşdirərək mədəni irsin vacibliyini vurğulamaqla ekoloji maarifləndirməni təşviq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri