COP29da dünya okeanı və Xəzər dənizinin problemləri müzakirə ediləcək | Icma.az
Icma.az, Tribuna portalına istinadən məlumat yayır. Bakıda keçirilən COP29 çərçivəsində “FINS Initiative” (Dəniz Növlərinin Beynəlxalq Müdaf
Tribunainfo.az xəbər verir ki, sərgi dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.
Fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq, onların qorunmasının vacibliyini ön plana çıxarır.
İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70 faizini əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil.
Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər.
Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur.
Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb.
Misal üçün, Danimarka və İslandiyada delfin ovu qanunla qorunur.
Tam oxu
Xəbəri oxu