Icma.az
close
up
RU
COP29da dünya okeanı və Xəzər dənizinin problemləri müzakirə ediləcək

COP29da dünya okeanı və Xəzər dənizinin problemləri müzakirə ediləcək

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Bakıda keçirilən COP29 çərçivəsində “FINS Initiative” (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında dənizkənarı bulvarda fotosərgi açılıb.

Tribunainfo.az xəbər verir ki, sərgi dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.

Fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq, onların qorunmasının vacibliyini ön plana çıxarır. İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70 faizini əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər.

Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb. Misal üçün, Danimarka və İslandiyada delfin ovu qanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı, dövlət tərəfindən dəstəklənir və hər il bu ov kvotaları artırılır. Bu balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyük narahatlıq doğurur. Balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayət deyil. Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onların həyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinaları vurur və onların həyatı üçün risk yaradır.

Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağı müzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və 800-dən çox beynəlxalq alim, bu fəaliyyətin sualtı ekosistemlərə zərər verəcəyini bildirərək, mədən işlərinin dayandırılması üçün petisiya imzalayıb.

“FINS Initiative” olaraq məqsədimiz, bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaqdır. 11 gün ərzində Yaşıl Zonada qurulmuş pavilyonumuzda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişini təşkil edəcəyik. Məqsədimiz dünya okeanlarının, o cümlədən Xəzər dənizinin problemlərini müzakirə edərək, COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. Ümid edirik ki, bu müzakirələr nəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzər dənizinin və dünya sularının qorunması üçün yeni yollar tapacağıq”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində suitilərini görmək adi hal idi, amma bu gün bu nadir hadisəyə çevrilib. Bu, onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir. “FINS Initiative” olaraq, Xəzərimizi və dünya sularını qorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri