COP29da iqlim maliyyəsinin 3 dəfə artırılmasına nail olan Azərbaycan növbəti zəfərə imza a…
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"COP29-da iqlim maliyyəsinin 3 dəfə artırılmasına nail olan Azərbaycan növbəti zəfərə imza atdı" - DEPUTAT "Əvvəlki iqlim maliyyəsinin 3 dəfə artırılmasına nail olan Azərbaycan növbəti zəfərə imza atdı.
Bakı maliyyə hədəfi bundan sonra istinad nöqtəsi olmaqla tarixə adını yazdırdı".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Bakı COP29 sədrliyinin 48 saatlıq intensiv diplomatiyasının məhsulu olaraq yeni maliyyə hədəfinin son anda 50 milyard daha artırılaraq - 300 milyardda qərarlaşmasına nail oldu və bu sahədə nail oluna biləcək ən yaxşı nəticə əldə olundu: "Bakı maliyyə hədəfi 1.3 trilyon olaraq tarixə adını yazdırdı.
Bakı Maliyyə Hədəfi İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları məbləğində yardımı təmin etməsi və bunun 2035-ci ilədək hər il 1.3 trilyona çatdırılması nəzərdə tutulur.
Bakı intensiv, çoxtərəfli diplomatiya ilə gözləniləndən daha artığına nail oldu.
Yeni İqlim Maliyyə Məqsədinin qəbulu iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə transformativ bir addımdır.
Tam oxu
Xəbəri oxu