Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. “Genişmiqyaslı, planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına, eləcə də təxriba
Qısa müddət ərzində bütün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirən Azərbaycan dünya birliyinin növbəti dəfə etimadını və inamını
Mübaliğəsiz demək mümkündür ki, 80 dövlət və hökumət başçısının, ümumilikdə 196 ölkə üzrə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qat
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, COP29 Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm uğuru oldu: “Çünki COP29 rahat və hər kəsin həmrəy olduğu ümumi məsələlərin müzakirə edildiyi platforma deyildi.
COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi.
Burada qeyd olunan məqsədə nail olmaq isə dünyanın inkişaf etmiş ölkələrindən, xüsusilə də ABŞ, Avropa İttifaqı dövlətləri və Çin kimi qlobal aktorların qərarlarından asılı idi.
Əlbəttə ki, Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi.