Icma.az
close
up
RU
COP29da qəbul edilmiş qərarlar qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək

COP29da qəbul edilmiş qərarlar qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Genişmiqyaslı, planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına, eləcə də təxribatlara, siyasi-psixoloji təzyiqlərə baxmayaraq, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a uğurla ev sahibliyi etdi və iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qısa müddət ərzində bütün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirən Azərbaycan dünya birliyinin növbəti dəfə etimadını və inamını doğrultdu. Mübaliğəsiz demək mümkündür ki, 80 dövlət və hökumət başçısının, ümumilikdə 196 ölkə üzrə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, COP29 Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm uğuru oldu: “Çünki COP29 rahat və hər kəsin həmrəy olduğu ümumi məsələlərin müzakirə edildiyi platforma deyildi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Burada qeyd olunan məqsədə nail olmaq isə dünyanın inkişaf etmiş ölkələrindən, xüsusilə də ABŞ, Avropa İttifaqı dövlətləri və Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Əlbəttə ki, Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Bu mənada, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Beləliklə də, Azərbaycanın COP29 sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29-da müzakirələrin ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getməsinə baxmayaraq, Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Məhz belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı”.

“Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyərək 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi barədə qərarın qəbulu Azərbaycanla bağlı şübhəsi olan hər kəsi yanıltdı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, COP29-da qəbul edilmiş qərarlar qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək: “Onu da əlavə edək ki, COP29-da qəbul edilmiş Bakı Maliyyə Məqsədi ilə yanaşı yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə də son qoyuldu və bu məsələ tam şəkildə Bakıda razılaşdırıldı. Eyni zamanda, Azərbaycan COP29 çərçivəsində Zərər və İtki Fondunu işə salmağa, fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Bütün deyilənlərlə yanaşı COP29 çərçivəsində yaşıl enerji və yaşıl iqtisadiyyata keçidlə bağlı bir çox razılaşmalar əldə olundu. Bütövlükdə, Azərbaycan COP29-a uğurlu sədrliyi ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri