Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
COP29-da yüksəksəviyyəli görüşdə bir sıra ölkələrin nazirləri iqlim böhranı ilə mübarizə üçün səyləri birləşdirməyə dair qətiyyətli çağırış ediblər.
"Report" xəbər verir ki, bu məsələdə iqlimin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrə dəstək problemlərinə xüsusi diqqət yetirilib.
İştirakçılar konfransın Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini müsbət qiymətləndirib, səmimi qəbula və məhsuldar iş üçün gözəl şəraitin yaradılmasına görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.
O cümlədən, Cənubi Koreyanın ekologiya və iqlim naziri Kim Vansop iqlim dəyişikliyi problemlərinin həllində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
O qeyd edib ki, Koreya bərpaolunan enerji mənbələrindən (BOEM) istifadəni fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.
Tunisin ətraf mühit naziri Həbib Abid konfransın gözəl təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyi ilə mübarizədə kollektiv öhdəliyi ifadə etmək üçün əla fürsətdir.