Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

COP29un yüksəksəviyyəli görüşü: İqlim böhranı ilə mübarizədə birgə səylər göstərilməsinə ÇAĞIRIŞ

COP29un yüksəksəviyyəli görüşü: İqlim böhranı ilə mübarizədə birgə səylər göstərilməsinə ÇAĞIRIŞ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29-da yüksəksəviyyəli görüşdə bir sıra ölkələrin nazirləri iqlim böhranı ilə mübarizə üçün səyləri birləşdirməyə dair qətiyyətli çağırış ediblər.

"Report" xəbər verir ki, bu məsələdə iqlimin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrə dəstək problemlərinə xüsusi diqqət yetirilib.

İştirakçılar konfransın Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini müsbət qiymətləndirib, səmimi qəbula və məhsuldar iş üçün gözəl şəraitin yaradılmasına görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

O cümlədən, Cənubi Koreyanın ekologiya və iqlim naziri Kim Vansop iqlim dəyişikliyi problemlərinin həllində birgə fəaliyyətin vacibliyini vurğulayıb. O qeyd edib ki, Koreya bərpaolunan enerji mənbələrindən (BOEM) istifadəni fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.

Tunisin ətraf mühit naziri Həbib Abid konfransın gözəl təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyi ilə mübarizədə kollektiv öhdəliyi ifadə etmək üçün əla fürsətdir.

Abid Tunisin də iqlim dəyişikliyinin fəlakətli təsirlərindən əziyyət çəkən ölkələr arasında olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti inkişaf etməkdə olan ölkələrə texnologiyalar verilməsi məsələsinə diqqət yetirməyə çağırıb.

Qətərin bələdiyyələr və ətraf mühit naziri Abdulla bin Əbdüləziz bin Turki əl-Subaya COP29-un parlaq təşkilinə görə Azərbaycana təşəkkürünü bildirərək, inkişaf etmiş ölkələri iqlimin maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb. Onun sözlərinə görə, Qətərin 2024-2030-cu illər üçün milli strategiyası 2030-cu ilə qədər istixana qazları emissiyalarının 25 % azaldılmasını və enerji balansında BOEM-in payının 30 %-ə çatdırılmasını nəzərdə tutur.

Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen vurğulaylb ki, ölkəsi təkcə bu il BOEM-ə 2 milyard ABŞ dolları sərmayə qoyub. O, həmçinin qeyd edib ki, Avstraliya İtki və Zərər Fonduna 50 milyon ABŞ dolları yatırıb və bu fondun 6-cı ən böyük ianəçisidir.

Sent Kits və Nevisin dayanıqlı İnkişaf, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və seçki dairələrinin hüquq və imkanlarının genişləndirilməsi naziri Coyel Triziya Klark iqlim böhranının dağıdıcı təsirləri ilə mübarizədə kiçik ada dövlətlərinə dəstək verməyə çağırıb. Onun sözlərinə görə, Sakit okean regionu ölkələrinin iqlim dəyişikliyinə görə iqtisadi itkiləri bir neçə milyard dollara çatır. Klark, həmçinin vurğulayıb ki, Bakı iqlim böhranına ən həssas olan kiçik ada dövlətləri üçün qərarların qəbulu mərkəzinə çevrilməlidir.

Zambiyanın yaşıl iqtisadiyyat və ətraf mühit naziri Mayk Elton Mpoşa COP29-da göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Zambiya iqlim dəyişikliyindən ən çox zərərçəkmiş ölkələr sırasındadır. Mpoşa xatırladıb ki, ölkəsi güclü quraqlıq ilə üz-üzə qalıb və bunun nəticəsində milyonlarla insan zərər çəkib, ölkənin hidroenergetika ehtiyatları isə demək olar tamamilə tükənib.

Mpoşa iştirakçıları Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzrə nəticələr olmadan COP29-dan ayrılmamağa və İtki və Zərər Fondunun kapitallaşmasını sürətləndirməyə çağırıb.

Madaqaskarın ətraf mühit və dayanıqlı inkişaf naziri Maks Andonirina Fonteyn konfransın sədri kimi Azərbaycana göstərdiyi nümunəvi səylərə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Madaqaskar bu gün bir çox ekstremal iqlim hadisələri ilə üzləşir və onların öhdəsindən təkbaşına gəlməyə məcburdur. O, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik yox, zərurət olduğunu vurğulayaraq, dünya ictimaiyyətini İtki və Zərər Fondunu dərhal həyata keçirməyə çağırıb. Fonteyn, həmçinin Paris Sazişinin 6-cı maddəsi üzrə COP29-da əldə edilən irəliləyişi alqışlayıb.

Maltanın ətraf mühit, energetika və regenerasiya naziri Miriam Dalli qeyd edib ki, iqlim fəaliyyətində uyğunlaşma planları təsirin azaldılması planlarının bir hissəsi olmalıdır. O vurğulayıb ki, özəl investisiyalar iqlimin maliyyələşdirilməsinin artırılması üçün çox olduqca vacibdir. Dalli, həmçinin konfransın uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib.

Çadın ətraf mühit, balıqçılıq və dayanıqlı inkişaf naziri Hassan Camus ölkəsinin Prezidenti Mahamat İdris Debi adından Azərbaycana, xüsusən də dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. O, konfransı yüksək səviyyədə təşkil etməklə Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb.

Camus Çadın qlobal iqlim böhranının ön cəbhəsində olduğunu, ölkə vətəndaşlarının təxminən 10%-nin, başqa sözlə 1,9 milyon insanın iqlim dəyişikliyinin təsirindən əziyyət çəkdiyini söyləyib. Nazir, həmçinin vurğulayıb ki, İtki və Zərər Fondu iqlim böhranının mənfi nəticələri ilə mübarizədə əsasdır.

Venesuelanın ekososializm üzrə xalq hakimiyyəti naziri Xosue Alexandro Lorka da səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib və ölkə Prezidenti Nikolas Maduronun salamlarını çatdırıb.

Onun sözlərinə görə, bu gün bəşəriyyət planeti xilas etmək üçün birləşməlidir. "B planı yoxdur, çünki B planeti də yoxdur", - o deyib.

Lorka NCQG ilə bağlı quru sözlərdən iddialı addımlara keçidin vaxtının yetişdiyini söyləyib və inkişaf etmiş ölkələri maliyyələşdirmə, texnologiya ötürülməsi, potensialın yaradılması və s. məsələlərdə inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırıb.

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Əminə bint Abdulla əl-Dahak Əmirliyin COP-a sədrliyi Azərbaycana ötürməkdən qürur duyduğunu söyləyib və səmimi qəbula görə rəsmi Bakıya minnətdarlığını bildirib.

Nazir xatırladıb ki, BƏƏ hökuməti 2024-cü ili Dayanıqlı İnkişaf İli elan edib. O, Əmirliyin 2030-cu ilə qədər bərpaolunan enerji sahəsindəki səylərini üç dəfə artırmağı hədəflədiyini və iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə şəffaflıqla əməkdaşlığa sadiq olduğunu söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Noyabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri