COP30 un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb

26.03.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb. 

Bakıvaxtı.az xəbər verir ki, sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb. 

Müəyyən edilir ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir. 

Xatırladaq, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью