COP30 un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb.
Müəyyən edilir ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir.
Xatırladaq, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















