Corc ona “yetim” yazanlara səsləndi

06.09.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Aktyor Corc Qafarov sosial şəbəkədə ünvanına yazılan mənfi rəylərə cavab verib.

Axşam.az xəbər verir ki, aktyor paylaşımında ona irad bildirən şəxsləri qınayıb. 

Qafarov ona qarşı “yetim” ifadəsinin işlədilməsinə etiraz edərək, “valideyn himayəsindən məhrum olmuş uşaq” ifadəsinin daha doğru olduğunu vurğulayıb.

“Müzakirə etdiyiniz ailələrin hamısı xoşbəxtdir, uğurludur, işıqlıdır və yolları açıqdır. Müzakirə etdiyiniz ailələr yardım edib, bəs siz? Sonuncu dəfə uşaq evinə nə vaxt baş çəkmisiniz?” deyə, aktyor bildirib.

Corc ona yazılan mənfi rəylərə cavab olaraq “Boş danışıb yorulmayın, rəqs edib yorulun” sözlərini də yazıb.

“Mənim sözüm yoxdur, ayıb olsun” deyə, Qafarov əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl nişanlanan Corc onu böyüdən ailəyə təşəkkür etmişdi. O, onu övladlığa götürdüyünü deyən müğənni Roza Zərgərlinin adını çəkmədiyi üçün tənqid olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью