Corc ona “yetim” yazanlara səsləndi
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Aktyor Corc Qafarov sosial şəbəkədə ünvanına yazılan mənfi rəylərə cavab verib.
Axşam.az xəbər verir ki, aktyor paylaşımında ona irad bildirən şəxsləri qınayıb.
Qafarov ona qarşı “yetim” ifadəsinin işlədilməsinə etiraz edərək, “valideyn himayəsindən məhrum olmuş uşaq” ifadəsinin daha doğru olduğunu vurğulayıb.
“Müzakirə etdiyiniz ailələrin hamısı xoşbəxtdir, uğurludur, işıqlıdır və yolları açıqdır. Müzakirə etdiyiniz ailələr yardım edib, bəs siz? Sonuncu dəfə uşaq evinə nə vaxt baş çəkmisiniz?” deyə, aktyor bildirib.
Corc ona yazılan mənfi rəylərə cavab olaraq “Boş danışıb yorulmayın, rəqs edib yorulun” sözlərini də yazıb.
“Mənim sözüm yoxdur, ayıb olsun” deyə, Qafarov əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl nişanlanan Corc onu böyüdən ailəyə təşəkkür etmişdi. O, onu övladlığa götürdüyünü deyən müğənni Roza Zərgərlinin adını çəkmədiyi üçün tənqid olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 06 Sentyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















