Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. "Sumqayıtda hər şey öz yerindədir?
Hamımız bilirik ki, Sumqayıtda nə qədər özbaşınalıqlar baş verir.
Düzdür, Zakir Fərəcov çox yaxşı insandır, amma vətəndaşın malını əlindən kimsə (məhkəmə qərari olmadan) alıb müsadirə etmək harada görülüb?" Ölkə.az xəbər verir ki, bu barədə prodüser və aparıcı Tarix Əliyev (Tolik) Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı tənqid hədəfi olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi haqqında deyib.
"Bu kimdi? Gömrükdür? Böyük bir şey də deyil. İndi guya başqa bir kasıb Sumqayıtda rahat yaşaya bilməz, niyə?
O qədər imkanlı, vəzifəli adamların obyektləri var ki, onların qarşısında belə bir hal olsa, heç kimin mənəvi cəsarəti çatmaz qarşısını alsın.
Çox acınacaqlıdır. Gücləri yalnız kasıba çatır", - deyə T.Əliyev bildirib.
Həmidə İbrahimova Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.