Çox acınacaqlıdır, gücləri yalnız kasıba çatır Tolik
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
"Sumqayıtda hər şey öz yerindədir? Hamımız bilirik ki, Sumqayıtda nə qədər özbaşınalıqlar baş verir. Düzdür, Zakir Fərəcov çox yaxşı insandır, amma vətəndaşın malını əlindən kimsə (məhkəmə qərari olmadan) alıb müsadirə etmək harada görülüb?"
Ölkə.az xəbər verir ki, bu barədə prodüser və aparıcı Tarix Əliyev (Tolik) Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı tənqid hədəfi olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi haqqında deyib.
"Bu kimdi? Gömrükdür? Böyük bir şey də deyil. İndi guya başqa bir kasıb Sumqayıtda rahat yaşaya bilməz, niyə? O qədər imkanlı, vəzifəli adamların obyektləri var ki, onların qarşısında belə bir hal olsa, heç kimin mənəvi cəsarəti çatmaz qarşısını alsın. Çox acınacaqlıdır. Gücləri yalnız kasıba çatır", - deyə T.Əliyev bildirib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 21 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















