Çox yeyənlər niyə gec doyur? Səbəb açıqlandı | Icma.az
Milli.az saytına istinadən Icma.az xəbər verir. Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir.
Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. Milli.Az xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş
Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaqə var.
İnsan yeməyi çox sürətlə qəbul edəndə həzm prosesi pozulur və beyin qarışıq siqnallar alır. Bu isə gərginlik hissini artırır.
Cikiya deyib ki həzm prosesi ağızda başlayır. İnsan yeməyi yaxşı çeynəmədikdə beyin və həzm sistemi üçün lazımi siqnal yaranmır.
Bu səbəblə orqanizm qidanı qəbul etməyə hazır olmur. Sürətli yeməyin başqa mənfi tərəfi toxluq hissinin gecikməsidir.
Beyin toxluq siqnalını təxminən 15 və ya 20 dəqiqədən sonra qəbul edir.
İnsan qısa müddətdə çox porsiya yeyəndə həddindən artıq qida qəbul etdiyi üçün narahatlıq yaradan fiziki ağırlıq hissi başlaya bilir.
Tam oxu
Xəbəri oxu