Icma.az
close
up
RU
Çox yeyənlər niyə gec doyur? Səbəb açıqlandı

Çox yeyənlər niyə gec doyur? Səbəb açıqlandı

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər.

Milli.Az xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir.

Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaqə var. İnsan yeməyi çox sürətlə qəbul edəndə həzm prosesi pozulur və beyin qarışıq siqnallar alır. Bu isə gərginlik hissini artırır.

Cikiya deyib ki həzm prosesi ağızda başlayır. İnsan yeməyi yaxşı çeynəmədikdə beyin və həzm sistemi üçün lazımi siqnal yaranmır. Bu səbəblə orqanizm qidanı qəbul etməyə hazır olmur.

Sürətli yeməyin başqa mənfi tərəfi toxluq hissinin gecikməsidir. Beyin toxluq siqnalını təxminən 15 və ya 20 dəqiqədən sonra qəbul edir. İnsan qısa müddətdə çox porsiya yeyəndə həddindən artıq qida qəbul etdiyi üçün narahatlıq yaradan fiziki ağırlıq hissi başlaya bilir.

Bundan başqa belə vərdiş şəkər səviyyəsində dalğalanma yaradır. Qida karbohidratlı olduqda qan şəkəri sürətlə yüksəlir daha sonra isə eyni sürətlə düşür. Bu proses əsəbilik və gərginlik hissini artırır.

Mütəxəssis bildirib ki, yavaş və diqqətli şəkildə yemək psixoloji rahatlıq üçün çox təsirlidir. Bu yalnız qidalanma qaydası deyil həm də meditasiya formasıdır. İnsan yemək zamanı diqqətini qidaya yönəltdikdə orqanizm stres vəziyyətindən çıxır və rahatlanma halına keçir. Bu zaman stress hormonu olan kortizol azalır.

Cikiya sakit yeməyə başlamaq üçün sadə addımlar göstərib. O deyib ki, yeməyə başlamazdan əvvəl bir neçə dəfə dərin nəfəs almaq lazımdır. Uzun müddət çeynəmək və hər tikədən sonra qaşığı və ya çəngəli masaya qoymaq yeməyi yavaşıdır. Cihazlardan uzaq durmaq da diqqəti yalnız qidaya yönəltməyə kömək edir.

Mütəxəssisin fikrincə yemək vaxtını kiçik rahatlıq anına çevirmək mümkündür. Təxminən 20 və ya 30 dəqiqə sakit şəkildə nahar etmək sinir sisteminin yükünü azalda bilər.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Dekabr 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri