Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyası rəhbərliyi 14 ildir, cüdo idman növü ilə məşğul olan və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Musa Hüseynlini işdən çıxarıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Pravda.az-a danışan idmançı bildirib ki, o, dünya oyunlarında üçüncü yerə çıxıb və hər ay 300 manat maaş alıb, lakin bu maaş onun yaşayışını təmin etməyib.
“Federasiyada Rəşad Rəsulluya yaxınlaşdım ki, maaşımı qaldırsın. Mən həm kuryer işləyirdim, həm də idmanla məşğul olurdum.
300 manatla ailəmin və özümün maddi yaşayışımı təmin edə bilmirdim. Aztəminatlı ailədə olduğum üçün bu maaş yetərli deyildi.
Həmin vaxt valideynlərim də işləmirdilər. Dünya oyunlarından sonra maaşımı qaldırmadılar.
Rəşad Rəsullu mənə dedi ki, sən Azərbaycan çempionatında uduzmusan.
Mən də dedim ki, dünya oyunlarında üçüncü yerə çıxmışam, bu, Azərbaycan çempionatından böyük yarışdır.