Icma.az
close
up
RU
Cüdo Federasiyasında QALMAQAL: İdmançının maaşı mənimsənilib “Kuryer işləyib, ailəmi dolandırıram”

Cüdo Federasiyasında QALMAQAL: İdmançının maaşı mənimsənilib “Kuryer işləyib, ailəmi dolandırıram”

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Cüdo Federasiyası rəhbərliyi 14 ildir, cüdo idman növü ilə məşğul olan və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Musa Hüseynlini işdən çıxarıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Pravda.az-a danışan idmançı bildirib ki, o, dünya oyunlarında üçüncü yerə çıxıb və hər ay 300 manat maaş alıb, lakin bu maaş onun yaşayışını təmin etməyib.

“Federasiyada Rəşad Rəsulluya yaxınlaşdım ki, maaşımı qaldırsın.  Mən həm kuryer işləyirdim, həm də idmanla məşğul olurdum. 300 manatla ailəmin və özümün maddi yaşayışımı təmin edə bilmirdim. Aztəminatlı ailədə olduğum üçün bu maaş yetərli deyildi. Həmin vaxt valideynlərim də işləmirdilər. Dünya oyunlarından sonra maaşımı qaldırmadılar. Rəşad Rəsullu mənə dedi ki, sən Azərbaycan çempionatında uduzmusan. Mən də dedim ki, dünya oyunlarında üçüncü yerə çıxmışam, bu, Azərbaycan çempionatından böyük yarışdır. Dedi ki, ora səni Gənclər və İdman Nazirliyi göndərib. Beləliklə, maaşımı kəsdilər. Sonda da dedilər ki, guya mən hansısa radikal dini qruplaşmanın üzvüyəm. Müsəlmanam, namazımı qılıram. Saqqal saxlamaqda qəbahətim nədir? Federasiyada belə bir şeyə qadağa yoxdur. Xarici ölkələrdən neçə idmançı var ki, hamısı saqqaldadır, namaz qılırlar və məşq edirlər. Maaşım kəsiləndən sonra atam Prezident Administrasiyasına getdi. Orada dedilər ki, Musa hələ də 300 manat əməkhaqqı alır. Beləliklə, məlum oldu ki, Federasiya mənim əmək kitabçamı bağlamayıb. 2024-cü ilin noyabrında maaşıma xitam verilib. Necə ola bilər ki, 2025-ci ilin aprel ayına qədər əmək kitabçam bağlanmayıb? Adıma maaş yazılıb, amma kartıma köçürülməyib. Bu maaş hara və kimə gedib? Federasiya mənim 300 manatıma qalıb? Kuryer işində velosipedlə işləyirdim. Sosial yardımla özümə moped alacaqdım. Federasiyanın əmək kitabçamı bağlamamsı səbəbindən bu mümkün olmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bildirdilər ki, siz hər ay maaş alırsınız. Federasiyaya bunu bildirdikdən sonra kitabçanı bağladılar. Mən siravi idmançı olmamışam. Ola bilər, hansısa yarışlarda uduzmuşam. Çünki eyni anda kuryer də işləyirdim, məşq də edirdim. İllərlə yığma komandada məşq etdim, amma məni məşqçi kimi götürmədilər. Ölkədaxili və beynəlxalq yarışlarda nəticələrim var. İndi isə fəhlə işləyirəm. Nazirlik və Federasiya hər dəfə başımı aldadır ki, vakant yer olanda çağıracağıq. Mənə bu gün Federasiyanın adından feyk səhifə ilə yazdılar ki, sən bizə iftira atırsan. Vətən müharibəsində könüllü olaraq döyüşdüyüm halda mənə deyirlər ki, hansısa dini qruplaşmanın üzvüyəm. Məni kimlərləsə səhv salırlar. Mən Allaha iman gətirmişəm, namaz qılıramsa, deməli, hansısa terror təşkilatının üzvüyəm? İslam dini mənim inancımdır. Biz heç vaxt vətənimizə, millətimizə xəyanət edən insanlar deyilik. Əsas iftiranı onlar mənə atırlar. 6 ay mənim ümumilikdə 1800 manat pulumu mənimsəyiblər. Haqqımı yeyiblər. Bütün instansiyalara müraciət edəcəyəm”.

Məsələ ilə bağlı Pravda.az Azərbaycan Cüdo Federasiyasına sorğu ünvanlayıb. Müraciətin araşdırılacağı deyilib.

Qeyd: Cüdo Federasiyasının prezidenti Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri