Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlandı

16.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının vaxtı açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarış noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil edəcəyi ölkə çempionatında müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Cüdo azarkeşləri yarış günlərində “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) ilə görüşmək imkanı əldə edəcəklər. Arenaya giriş sərbəst olacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью