Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlandı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının vaxtı açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarış noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil edəcəyi ölkə çempionatında müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Cüdo azarkeşləri yarış günlərində “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) ilə görüşmək imkanı əldə edəcəklər. Arenaya giriş sərbəst olacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















