Cüdoçularımız Latviyada keçiriləcək Avropa çempionatına qatılacaq

29.05.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, Qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq.

Təmsilçilərimiz “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər. Turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.

Nage-no-Katada İsmayıl Rzayev (tori, hücum edən idmançı), Samir İsmayılov uke (hücum edilən idmançı), Katame-no-katada Rafiq Nəcəfov (tori), Seymur Məcidli (uke) mübarizə aparacaq.

Qeyd edək ki, mayın 31-də start götürəcək yarış iyunun1-də yekunlaşacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью