Cüdoçularımız Latviyada keçiriləcək Avropa çempionatına qatılacaq
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, Qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq.
Təmsilçilərimiz “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər. Turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.
Nage-no-Katada İsmayıl Rzayev (tori, hücum edən idmançı), Samir İsmayılov uke (hücum edilən idmançı), Katame-no-katada Rafiq Nəcəfov (tori), Seymur Məcidli (uke) mübarizə aparacaq.
Qeyd edək ki, mayın 31-də start götürəcək yarış iyunun1-də yekunlaşacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Yeniyetmə cüdoçularımız Avropa çempionatına Qubada hazırlaşırlar
06 May 2025 20:49
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi KONKRET
29 Oktyabr 2025 19:47
Cüdoçularımız qitə çempionatına yollanıb
13 Noyabr 2024 14:11
Cüdoçularımız Avropa Kuboku və Avropa çempionatına Berlində hazırlaşır
25 İyun 2025 09:27
Baxış sayı:64
Bu xəbər 29 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















