Culfada yük avtomobili yanıb FOTO VİDEO

23.09.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Culfada yük avtomobili yanıb.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Scania” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью