Culfada yük avtomobili yanıb FOTO VİDEO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Culfada yük avtomobili yanıb.
APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Scania” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:Culfada seçicilərlə növbəti görüş FOTO
27 Yanvar 2025 15:58
Culfada qaz olmayacaq
05 Dekabr 2024 02:39
Culfada qəzada 4 polis həlak olub FOTO
12 Sentyabr 2025 09:40
Culfada yanğında 3 yaşlı uşaq öldü Foto
11 İyun 2026 19:40
Culfada evlərindən çıxarılan sakinlər etiraz etdilər VİDEO
11 Yanvar 2026 13:28
Baxış sayı:72
Bu xəbər 23 Sentyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















