D8 “İslam doqquzluğu”na çevrilir | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın bu təşkilata üzv olması ölkələr arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya potensiallarını böyüdəcək Məlum olduğu kimi dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
Bu, olduqca mühüm siyasi-iqtisadi hadisə olmaqla, Azərbaycanın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər.
Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür.
“İslam Səkkizliyi” adlanan D-8 formatı siyasi nüfuzu ilə yanaşı, həm də böyük iqtisadi potensiala malik təsisat kimi mühüm statusa malikdir.
Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda qurulan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və hazırda Azərbaycanı öz sıralarında birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı faktiki olaraq bundan sonra “İslam doqquzluğu”na çevrilmiş olur.
Təşkilat regionda qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Həmçinin, Şərqlə Qərb arasında iqtisadi-ticari körpü, nəqliyyat və kommunikasiyaların vəhdətində bu qurumun təsiretmə imkanları böyükdür.
Tam oxu
Xəbəri oxu