Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

D8 “İslam doqquzluğu”na çevrilir

D8 “İslam doqquzluğu”na çevrilir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın bu təşkilata üzv olması ölkələr arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya potensiallarını böyüdəcək

Məlum olduğu kimi dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, olduqca mühüm siyasi-iqtisadi hadisə olmaqla, Azərbaycanın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər. Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür.

“İslam Səkkizliyi” adlanan D-8 formatı siyasi nüfuzu ilə yanaşı, həm də böyük iqtisadi potensiala malik təsisat kimi mühüm statusa malikdir. Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda qurulan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və hazırda Azərbaycanı öz sıralarında birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı faktiki olaraq bundan sonra “İslam doqquzluğu”na çevrilmiş olur. Təşkilat regionda qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Şərqlə Qərb arasında iqtisadi-ticari körpü, nəqliyyat və kommunikasiyaların vəhdətində bu qurumun təsiretmə imkanları böyükdür. Təşkilatın birləşdirdiyi ölkələrdə 1,2 milyard insan yaşayır, iqtisadiyyatlarının həcmi 4 trilyon dollardır. Eyni zamanda,  üzv ölkələrin ümumini ticarətlərinin həcmi 1,8 trilyon dollar təşkil etməklə, ümumdünya ticarətində 5 faiz paya malik olduğunu təsdiqləyir.

Azərbaycanın qoşulmasından sonra D-8-in iqtisadiyyatının dəyəri ən azı 100 milyard dollar, ticari mübadilənin həcmi 50 milyard dollar artmış olacaq. Eyni zamanda, sərmayələrdə və regional yük daşınmalarında, logistika mübadilələrində də əhəmiyyətli dinamika yaranacaq. 

D-8-ə qoşulmaq Azərbaycana nə vəd edir?

Öncə vurğulayaq ki, rəsmi Bakı qlobal və regional təşkilatlara hansısa siyasi maraqlar bucağından yox, iqtisadi mənafe və bərabərhüquqlu təmsilçiliyə əsaslanan tərəfdaşlıq, qarşılıqlı etimad və anlaşma, inteqrasiya rakursundan yanaşır. Respublikamız indiyə qədər üzv olduğu və yaxud tərəfdaş kimi cəlb edildiyi bütün təsisatlarda yalnız səmərəverici və faydalı əməkdaşlıq töhfələri ilə yadda qalıb, Avropa və Asiya ölkələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərə enerji və qeyri-enerji ixraclarında iqtisadi həmrəyliyə əsaslanan müsbət dinamikalar gətirib. Həmçinin, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında hər zaman nümunəvi addımları ilə yeni baxış və məzmun gətirib, sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə töhfə verib. Bütün platformalara açıq ölkə kimi Azərbaycan nümunəvi iqtisadi davranışı ilə hörmət və etibar qazanıb.

Bu baxımdan, D-8 təşkilatı Azərbaycanın qlobal dünya ilə balanslaşdırılmış və çoxşaxəli siyasətinin müsbət nəticələrini, eləcə də artan resurs və tranzit imkanlarını nəzərə alaraq bu ailənin üzv olmasını yeni şans və fürsət kimi dəyərləndirir. D-8-də təmsil olunmaq Azərbaycan yaxın tərəfdaşları ilə iqtisadi əlaqələri yeni mərhələyə qaldırmaq, həm ikitərəfli, həm də regional və beynəlxalq çərçivədə təmasları artırmaq, mübadilələri intensivləşdirmək üçün dərin zəminlər yaradır. Azərbaycanın onsuz da D-8 ölkələrinin hər biri ilə ikitərəfli və beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətlərə malikdir. Ancaq bu qurumda öz layiqli yerini aldıqdan sonra iqtisadi dinamika üçün əlavə qapılar açılmış olacaq.

Xüsusilə də təşkilatın lider iqtisadi gücü olan Türkiyə ilə Azərbaycan iqtisadi-ticari dövriyyəni durmadan artırır, digər tərəfdaş ölkələrlə müxtəlif iqtisadi güzəşt və ticarət razılaşmaları əsasında əmtəə mübadilələrini böyüdür. Azərbaycan və Türkiyənin enerji, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrinin genişlənməsi təkcə iki ölkə arasında iqtisadi inkişafa deyil, həm də D-8 coğrafiyasında yer alan ölkələrin də rifah və iqtisadi həmrəyliyinin möhkəmlənməsi üçün nümunəvi formatın yaradılmasına səbəb olacaq. Bir sözlə, yeni hədəflərin gerçəkləşməsində D-8 alternativ platforma kimi əsaslı stimullar yaradacaq.

Nəticə etibarilə Azərbaycan bu klubda öz iqtisadi resurs coğrafiyasını genişləndirəcək, Asiya, Orta Şərq və Şimal-Qərbi Afrikaya qədər geniş coğrafi ərazilərdə iqtisadi proqramlarının əhatəsini böyüdəcək. Eyni zamanda, ölkəmizin bu təşkilatın üzvləri ilə ticarət əlaqələrini diversifikasiya etmək, yeni bazarlar və sərmayə imkanları tapmaq üçün axtarışları da müsbət nəticə verəcək.

Azərbaycan regionun iqtisadi-nəqliyyat coğrafiyasını da yeniləyəcək

Azərbaycan D-8 çərçivəsində qlobal nəqliyyat tranzitlərini də əlaqələndirməkdə yeni fürsətlər əldə edə bilər. Bu alyansın bir çox üzvü böyük tranzit daşıyıcılığı potensialına malikdir, İran Şimal-Cənub nəqliyyat dəhlizinin müəlliflərindən biridir. Nəzərə alsaq ki, bu qlobal dəhlizə inteqrasiya prosesləri son ildə daha da güclənib, layihə Orta və Mərkəzi Asiya ölkələri üçün də xüsusi maraq doğurur. Dəhlizə qoşulan Hindistan əlavə daşınmalara inteqrasiya üçün yeni qovşaqlar inşa edir. Eləcə də Pakistan və digər ölkələrin də marağı böyükdür. Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali bildirib ki, sözügedən dəhlizə qoşulmaq üçün müvafiq iqtisadi-hüquqi prosedurlar başlayıb. Rəsmi İslamabad Şimal-Cənub dəhlizi ilə hazırda potensial 1 milyard dollar dəyərində ticarət daşınmalarını təmin etməkdədir, ticarət həcmlərini daha da artırmaq imkanlarları nəzərdən keçirilir. Ümumiyyətlə, Pakistan bölgədəki bütün transkommunikasiya xətlərinin iqtisadi səmərəliliyinə xüsusi önəm verir və Orta Dəhlizə də inteqrasiyanı dəstəkləyən ölkələrdən biridir.

Türkiyə və Azərbaycanın xüsusi strateji qərar tutduğu Orta Dəhlizin beynəlxalq transkommunikasiya arteriyası kimi böyüməsi gələcəkdə Orta Şərq və Afrika regionun da dəniz nəqliyyatlarının inteqrasiyasını sürətləndirə bilər. Bu baxımdan Misir, Nigeriya və digər ölkələrin də qlobal tranzitlərə çıxışı üçün fürsətlər açılmış olardı.

Beləliklə, Azərbaycanın genişşaxəli dəhlizlər formatı bu ölkələrin strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların hərəkətliliyində də yeni impulslar yaranacaq. Şübhəsiz, D-8 formatında yer alan ölkələr həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində sıx əməkdaşlığı gücləndirməklə İslam dünyasının iqtisadi-logistika potensialını bir zəncirdə birləşdirməyə və “İslam doqquzluğu” geonəqliyyat coğrafiyasında strateji qərarlar vermək gücünü təmin etməyə nail olacaq.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri