Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkəmizin digər bölgələrində olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonlarında da mal-qara, qoyun-quzu arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaxın əksər kəndlərində xəstəliyin sürətlə yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb.Məsələn, Əmbərçay kəndində əhalinin əsas gəlir mənbəyi maldarlıq və qoyunçuluqdur.Burada az ev tapılar ki, mal saxlamasın.
Sakinlər bildirir ki, onların da mal-qarası dabaq xəstəliyindən əziyyət çəkir, vurulan vaksinlərin heç bir faydası-keyfiyyəti yoxdur.Vaxtı ilə bir həftə sürən xəstəlik bu dəfə iki həftəni keçib, proses davam edir.Ailə gəlirlərinin əsasını maldarlıq təşkil edən Şahin Yusifov bu sahəni dərindən mənimsəyib.
Mal-qara arasında böyüdüyünü, xəstəliklərə qarşı mübarizəni də bilənlərdəndir.
Lakin bu dəfəki baytar müdaxilələri hələlik çox az faydasını verir.Onun sözlərinə görə 10 baş mal-qarası var.
Malların bir neçəsi camış cinsindəndir. Bu heyvan adətən xəstəliklərə daha dözümlü hesab olunur.
Lakin bu dəfəki xəstəlik onlara da yoluxub və uzun müddət davam edib:“Bizim dolanışığımız süddür, qatıqdır, mal-qaraynandır.
Mal qara da hardasa 15 gündür bu vəziyyətdədir. Ancaq türkəçarə ilə duzla, markonsovka ilə bir təhər tapıb müalicə edirik”, - deyən kənd sak