Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Dabaq xəstəliyi Şəki Zaqatalanı da BÜRÜDÜ “Vaksin fayda vermir, mal qaralar TƏLƏF olur” FOTO

Dabaq xəstəliyi Şəki Zaqatalanı da BÜRÜDÜ “Vaksin fayda vermir, mal qaralar TƏLƏF olur” FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizin digər bölgələrində olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonlarında da mal-qara, qoyun-quzu arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaxın əksər kəndlərində xəstəliyin sürətlə yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb.

Məsələn, Əmbərçay kəndində əhalinin əsas gəlir mənbəyi maldarlıq və qoyunçuluqdur.
Burada az ev tapılar ki, mal saxlamasın. Sakinlər bildirir ki, onların da mal-qarası dabaq xəstəliyindən əziyyət çəkir, vurulan vaksinlərin heç bir faydası-keyfiyyəti yoxdur.
Vaxtı ilə bir həftə sürən xəstəlik bu dəfə iki həftəni keçib, proses davam edir.
Ailə gəlirlərinin əsasını maldarlıq təşkil edən Şahin Yusifov bu sahəni dərindən mənimsəyib. Mal-qara arasında böyüdüyünü, xəstəliklərə qarşı mübarizəni də bilənlərdəndir. Lakin bu dəfəki baytar müdaxilələri hələlik çox az faydasını verir.

Onun sözlərinə görə  10 baş mal-qarası var. Malların bir neçəsi camış cinsindəndir. Bu heyvan adətən xəstəliklərə daha dözümlü hesab olunur.  Lakin bu dəfəki xəstəlik onlara da yoluxub və uzun müddət davam edib:
“Bizim dolanışığımız süddür, qatıqdır, mal-qaraynandır. Mal qara da hardasa 15 gündür bu vəziyyətdədir. Ancaq türkəçarə ilə duzla, markonsovka ilə bir təhər tapıb müalicə edirik”, - deyən kənd sakini xəstəlik yayılandan sonra Əmbərçayda 3-4 baş mal-qara tələf olduğunu bildirir. 
Mal-qarası xəstəlikdən əziyyət çəkənlərdən biri də Hacı Quliyevdir. Onun da 8 baş malı var.

Hacı kənddə dabaq xəstəliyi müşahidə edilən gündən mal-qarasını təcrid edib.
Günlərlə tövlədə saxlayıb. Deyir ki, son iki həftədə malları xeyli çəki itirib. İki həftəlik təcriddən sonra o, malları həyətə öz axarlarına buraxıb.

Əmbərçay kənd sakini Fərman Hədisov kimi digər sakinlər də artıq bir aya yaxındır mal-qara arasında kütləvi yayılan dabaq xəstəliyindən narahatdır.

Fərman kişi deyir ki, kəndlərinin ətrafı dağlarla əhatə olunub və yaxınlıqda başqa yaşayış məntəqələri belə yoxdur. Bu səbəbdən bu yaşayış məntəqəsində nadir hallarda mal-qara arasında xəstəliklər müşahidə olunardı. Bu dəfə isə vəziyyət çox acınacaqlıdır.
Məsələ ilə bağlı Qida Təhlüksizliyi Agentliyinə müraciət etdik.
Agentlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.

Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri