“Dadaş ağır zədədən çıxsa da, xarakter göstərdi” Firdovsi Umudov | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Bu, Azərbaycan idmanı üçün böyük uğurdur, yaxşı nəticədir.
2005-ci ildən bu tərəfə qızıl medalımız olsa da, gümüş olmurdu. Bu bizim üçün tarixi nəticədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov deyib.
O, Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin çıxışından danışıb: “İnanıram ki, ağırlıqqaldırma ilə məşğul olan məşqçilərimiz daha həvəslə çalışacaq.
Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi müəllimə təşəkkürümü bildirirəm ki, o bu cür idmançıların yetişməsində bu gün də əlindən gələni əsirgəmir.
Bu, ümumi nəticəmizdir. Bildiyimiz kimi, Dadaş ağır əməliyyatdan çıxmışdı, federasiya olaraq biz də çox həyəcan keçirdik.
O, may ayında diz və dirsək əməliyyatı olmuşdu, 2 ay məşqlərdən də uzaq qalmışdı.
Onun ay yarım, iki ay ərzində bərpa prosesi keçib belə uğur qazanması, xarakter göstərməsi bizi sevindirir.
Tam oxu
Xəbəri oxu