“Dadaş ağır zədədən çıxsa da, xarakter göstərdi” Firdovsi Umudov
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bu, Azərbaycan idmanı üçün böyük uğurdur, yaxşı nəticədir. 2005-ci ildən bu tərəfə qızıl medalımız olsa da, gümüş olmurdu. Bu bizim üçün tarixi nəticədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov deyib.
O, Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin çıxışından danışıb:
“İnanıram ki, ağırlıqqaldırma ilə məşğul olan məşqçilərimiz daha həvəslə çalışacaq. Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi müəllimə təşəkkürümü bildirirəm ki, o bu cür idmançıların yetişməsində bu gün də əlindən gələni əsirgəmir. Bu, ümumi nəticəmizdir.
Bildiyimiz kimi, Dadaş ağır əməliyyatdan çıxmışdı, federasiya olaraq biz də çox həyəcan keçirdik. O, may ayında diz və dirsək əməliyyatı olmuşdu, 2 ay məşqlərdən də uzaq qalmışdı. Onun ay yarım, iki ay ərzində bərpa prosesi keçib belə uğur qazanması, xarakter göstərməsi bizi sevindirir. Qarşıda bizi Avropa çempionatı və böyük yarışlar gözləyir. Hədəf Olimpiya Oyunlarıdır. Federasiyanın kollektivi olaraq işimizi düzgün qurmuşuq. Hədəfimiz böyükdür. Körpücükdən kənar da uğur qazandıq. Manamada keçirilən konqresdə bildirildi ki, dünyada ağırlıqqaldırma akademiyaları yaranır və 5 qitədən biri də Azərbaycandır. Məşqçilərimiz, hakimlərimiz bu akademiyadan yararlanacaqlar.”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















