Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son həftə ərzində Paşinyan iki dəfə, parlamentin spikeri isə bir dəfə məğlub erməni xalqına söz verib ki, Azərbaycanla müharibə olmayacaq.
“Mən inanıram ki, bütün mübahisələrə, bütün təxribatlara və s. baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.
İrəvan sülh gündəminə sadiqdir... Əgər Konstitusiya Məhkəməsi Bakı ilə sülh sazişini təsdiq etməsə, Konstitusiyaya dəyişikliklərin təşəbbüsk
Çünki sülh bağlamaq fürsətini əldən vermək olmaz”,- Nikol son açıqlamasında bildirib.
Ermənistanın baş naziri Nostradamus kimi proqnozlar verməyə çalışır, daim sülhdən danışır, amma intensiv şəkildə Hindistan və Fransadan silah alır, yerli silah istehsalını gücləndirir, şərti sərhəddə silah, texnika, heyət, vasitə və avadanlıq yerləşdirir.
Bütün bunların işğalçı ölkənin “sülh” imzalamağa çalışdığı Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulduğu şübhəsizdir.
Ermənistan rəhbərliyinin “Azəbaycanla sülh olacaq” kimi müddəalarını təmin etməsi üçün hərbi, siyasi, iqtisadi və diplomatik faktorlar olmalıdır.