Icma.az
close
up
RU
Dağlarda qurulan dağ kimi birlik Ədalət Verdiyevin yazısı

Dağlarda qurulan dağ kimi birlik Ədalət Verdiyevin yazısı

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son həftə ərzində Paşinyan iki dəfə, parlamentin spikeri isə bir dəfə məğlub erməni xalqına söz verib ki, Azərbaycanla müharibə olmayacaq. “Mən inanıram ki, bütün mübahisələrə, bütün təxribatlara və s. baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. İrəvan sülh gündəminə sadiqdir... Əgər Konstitusiya Məhkəməsi Bakı ilə sülh sazişini təsdiq etməsə, Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacaq. Çünki sülh bağlamaq fürsətini əldən vermək olmaz”,- Nikol son açıqlamasında bildirib.
Ermənistanın baş naziri Nostradamus kimi proqnozlar verməyə çalışır, daim sülhdən danışır, amma intensiv şəkildə Hindistan və Fransadan silah alır, yerli silah istehsalını gücləndirir, şərti sərhəddə silah, texnika, heyət, vasitə və avadanlıq yerləşdirir. Bütün bunların işğalçı ölkənin “sülh” imzalamağa çalışdığı Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulduğu şübhəsizdir.
Ermənistan rəhbərliyinin “Azəbaycanla sülh olacaq” kimi müddəalarını təmin etməsi üçün hərbi, siyasi, iqtisadi və diplomatik faktorlar olmalıdır. Hazırda Ermənistanın Azərbaycana bir dənə də olsun təsir mexanizmi mövcud deyil. İrəvan Azərbaycanı hansısa fəaliyyətində azacıq belə məhdudlaşdırmaq potensialından tamamilə məhrumdur. Son cümləni daha aydın şəkildə ifadə etməyə çalışacağam: Ermənistan ictimaiyyətində Vətən Müharibəsindəki məğlubiyyətdən sonra başlayan dərin depressiya hələ də davam edir. İnsanlar qorxu icindədir, bəzilərinin gözünə hər yerdə Azərbaycan Əsgəri görünür.
Ermənistanda revanş barədə təkliflər verənlər tapılır, lakin onların əksəriyyəti 44 günlük Vətən Müharibəsi zamanı ətək altında gizlənən fərarilərdir. Hazırda ölkənin hərbi gücü yox səviyyəsindədir. Fərari erməni ordusunun mənəvi-psixoloji və döyüş hazırlığı vəziyyəti Azərbaycana qarşı nəinki ultimatum dilində, hətta bərabər səviyyədə müzakirələr aparmağa imkan vermir. Buna görə də Ermənistan rəhbərliyi sülh barədə danışmağa məcburdur.
Bundan başqa:
• Tərəfdaşlıq etdiyi ölkələr Ermənistana Azərbaycan ilə mübarizədə real təsir mexanizminə malik hərbi, siyasi, iqtisadi və diplomatik dəstək verə bilmirlər.
• Ermənistanın insan resursları, müdafiə sənayesinin potensialı, maddi-texniki təminat və təchizat zənciri Azərbaycan ilə müqayisədə xeyli qədər zəifdir.
• Yelkənsiz gəmi kimi sahildən-sahilə üzən Ermənistanın təhlükəsizliyini təmin etməyə və ya onunla birlikdə Azərbaycana qarşı döyüşməyə, bu barədə hətta danışmağa hazır olan hərbi ittifaq mövcud deyil.
• Hərbi müttəfiq kimi Ermənistan heç bir ölkə üçün maraq kəsb etmir. Onu Müstəqillik Günündə təbrik edənlər belə tapılmır.
• Ermənistan Azərbaycan ilə rəqabət aparmaq üçün maliyyə qaynaqlarına malik deyil.
• Ölkənin bütün qoşun növlərində, xüsusilə də hava hücumundan müdafiə və hərbi hava qüvvələrində ciddi boşluqlar mövcuddur. Bir sözlə, göyüaçıq vəziyyətdədir.
Mayın 28-də Paşinyan Sardarapatda yenə sülhdən danışanda Azərbaycan Prezidenti İlham Əliyev Laçın beynəlxalq aeroportunun açılışını edirdi. Üç qardaş ölkənin lideri - Azərbaycan və Türkiyə prezidentləri və Pakistanın baş naziri Qərbi Zəngəzurun giriş qapısı olan Laçında görüşdülər. Ermənilərin 28 il darmadağın etdiyi Laçın artıq dünya miqyasında nüfuza malik rəhbər siyasətçiləri və onların təyyarələrini qəbul edir. Strateji münasibətlərə malik üç ölkənin arasında yeni hərbi-siyasi ittifaqın qurulması da məhz vaxtilə Ermənistanı Qarabağ ilə birləşdirən Laçında elan edildi.

3 qardaş ölkə arasındakı hərbi əməkdaşlıq ilk növbədə Ermənistana və onu dəstəkləyən ölkələrə qarşı aşkar əzələ nümayişidir. İrəvan isə meydanda tək və köməksiz qalıb. Ermənistanı dəstəkləyən ölkələrin özləri hazırda yardıma dərindən ehtiyac duyur. Ermənistana Azərbaycan, Hindistana Pakistan, Makrona Bricit və Fransa müstəmləkələri, İrana isə İsrail və ABŞ göz açmağa imkan vermir.
Azərbaycan, Türkiyə və Pakistan liderləri isə eyni güc mövqeyindən çıxış edir və bunu aşkar göstərirlər. Fransa, ABŞ, Rusiya, İran, Hindistan, Ermənistan və başqaları bu hərbi ittifaqa təsir etmək imkanlarına malik deyil. Yaxın perspektivdə bu ittifaqa dəstək verən Çinin və Türk Dövlətləri Təşkilatının Azərbaycan, Türkiyə və Pakistan birliyinə qoşulması da mümkündür.
Belə olan vəziyyətdə Azərbaycan zəif və müdafiəsiz Ermənistanı istədiyi qədər sıxır, amma suyunu hələlik tam çıxarmaq istəmir, çünki Prezidentimiz sülhün və təhlükəsizliyin tərəfdarıdır. Qan tökülməsini, erməni gənclərin mənasız yerə ölməsini istəmir. Amma İlham Əliyevin Ermənistanın vaxt uzatmaqla kritik həddə qədər silahlanmasına uzun müddət seyrçi qalacağını düşünmürəm.

Azərbaycan Prezidentinin irəli sürdüyü tələblər adətən 3-4 ay sonra baş nazir Paşinyan tərəfindən təklif kimi səsləndirilir. Əslində bu pis hal deyil. Pis olan odur ki, Paşinyanın verdiyi bəyanatlar həyata keçirilmir, söz olaraq qalır. Odur ki, Ermənistan verdiyi sözləri və götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər son 5 ildə olduğu kimi bundan sonra da dalanda qalmaqda davam edəcək. Ən yaxşısı budur ki, Paşinyan Nostradamus kimi proqnozlar verməkdənsə, əməli addımlar atsın. O zaman sülh təmin oluna bilər.
Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 İyun 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri