Daha bir klinikada qanunsuzluq Blogeri əməliyyat otağına saldı | Icma.az
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova həkimlərlə bağlı daha bir paylaşımla diqqət çəkib.
Axşam.az xəbər verir ki, onun yayımladığı video "Medipoint" klinikasında lentə alınıb.
Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa girdiyi, proses boyunca orada olduğu yer alıb.
Bunu reklam məqsədi ilə edən mərkəz və bloger videonun tənqid edildiyini görəndən sonra görüntüləri silib.
Q.Ataşova bildirib ki, əməliyyatı icra edən ginekolok Vüsalə Rəhimovadır: "Əməliyyat otağı podium deyil.
Süni mayalanmadakı rəzillik bir dərddirsə, cərrahiyyə otağındakı reklam başqa bir faciədir.
Orada həyatla ölüm arasında yalnız bir cərrahın əlləri dayanır.
Tam oxu
Xəbəri oxu