Icma.az
close
up
RU
Daha bir klinikada qanunsuzluq Blogeri əməliyyat otağına saldı

Daha bir klinikada qanunsuzluq Blogeri əməliyyat otağına saldı

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova həkimlərlə bağlı daha bir paylaşımla diqqət çəkib. 

Axşam.az xəbər verir ki, onun yayımladığı video "Medipoint" klinikasında lentə alınıb. Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa girdiyi, proses boyunca orada olduğu yer alıb. Bunu reklam məqsədi ilə edən mərkəz və bloger videonun tənqid edildiyini görəndən sonra görüntüləri silib. 

Q.Ataşova bildirib ki, əməliyyatı icra edən ginekolok Vüsalə Rəhimovadır:

"Əməliyyat otağı podium deyil. Süni mayalanmadakı rəzillik bir dərddirsə, cərrahiyyə otağındakı reklam başqa bir faciədir. Orada həyatla ölüm arasında yalnız bir cərrahın əlləri dayanır. Dünyanın - məsələn, Amerika kimi "geridəqalmış" ölkələrində əməliyyat otağına bloger yox, yalnız lisenziyalı tibb işçiləri girir. Kamera? O da yalnız etik komitənin yazılı icazəsi ilə. Bəs bizdə nə baş verir? Sualım var: Səhiyyə Nazirliyinə,
özəl klinikaların rəhbərlərinə və əməliyyat otaqlarına cavabdeh olan hər kəsə: Bloger əməliyyata niyə girir?

Təbii ki, həkimi reklam etmək eşqi ilə. Bəs sizin qaydalarınız haradadır? Əməliyyat otağında pasiyentin toxunulmazlığına, məxfiliyinə kim cavabdehdir? Bu yer axı mətbəx deyil. Tibb işçisi olmayan, tamamilə yad bir insan, cərrah bıçağının yanında, həkimin arxasında “kontent çəkir” və siz hələ də susursunuz?

Nə həkimi tanıyıram, nə də reklam çəkən xanımı. Hətta xanımı da qınamıram, çünki ona icazə verilməsəydi, əsla o otağa girə bilməzdi. Doktor Vüsalə Rəhimova, siz buna necə icazə verə bildiniz? Axı siz bu xalqın ziyalı təbəqəsindəsiniz".

Qeyd edək ki, bundan əvvəl də əməliyyat otağında çəkiliş aparılması məsələsi müzakirə edilmiş, həkim cəzalandırılmışdı. Mama-ginekoloq Ləman Əliyeva doğuş zamanı otaqda ad günü edib və cəzalandırılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://axsam.az
archiveBu xəbər 22 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri